Leonid Brejnevin islahatlar keçirməsinə mane olan səbəblər
hansılardır?
Brejnev diqqətini daxili siyasətdən daha çox xarici siyasətə
yönəltmişdi. O, xarici siyasətdə üstünlük əldə etmək üçün güc yolu
seçməkdən çəkinmirdi. Ölkədə iqtisadi uğursuzluqlardan diqqəti
yayındırmaq üçün 1979-cu ildə SSRİ ordusu Əfqanıstana yeridildi.
Sovet hökuməti burada hakimiyyət uğrunda mübarizə aparan
sosialistləri, ABŞ isə onlara qarşı olan qüvvələri müdafiə edirdi.
SSRİ-nin Əfqanıstanda uğursuzluğu onun beynəlxalq nüfuzuna zərbə
vurdu.
SSRİ və ABŞ-nin qoşunlarının Əfqanıstana müdaxiləsinin
nəticələrini müqayisə edin.
1980-ci illərin əvvəllərində SSRİ-nin dünyada və ölkə daxilində
apardığı təbliğatla sosial-iqtisadi reallıq fərqli idi. Xruşşov
dövründən etibarən həyata keçirilən islahatlara baxmayaraq, sərt
idarəetmə, bütün sahələrdə bürokratik maneələr və şəxsi
təşəbbüslərin qarşısının alınması ölkənin inkişafına mane olurdu.
1985-ci ildə Mixail Qorbaçovun baş katib vəzifəsinə
gətirildiyi vaxt ölkənin daxili və beynəlxalq vəziyyəti ağır idi.
Onun irəli sürdüyü “aşkarlıq”, “sürətləndirmə” və
“yenidənqurma” siyasətləri, əsasən, ölkənin iqtisadi
dirçəlişini və rejimin böhrandan çıxmasını nəzərdə tuturdu.
Xruşşov dövründən fərqli olaraq, yenidənqurma iqtisadi sahə ilə
yanaşı, daxili və xarici siyasəti də əhatə edirdi. Görülən
tədbirlərə əsasən ticarət və xidmət sahəsində xüsusi sahibkarlığa
icazə verildi. Səmərəliliyin artırılması məqsədilə kadrların
ixtisarı işsizliyin artmasına səbəb oldu. İnflyasiyanın artması
ilə yeni iqtisadi böhran dalğası başladı. Zəruri ərzaq mallarının
qıtlığının yaranması səbəbindən talon sistemi bərpa olundu. Sosial
narazılığın gündən-günə artması ilə tətil hərəkatları artmağa
başladı. Bu müxtəlif sahələrdə istehsalın azalmasına gətirib
çıxartdı.
Yenidənqurma siyasəti SSRİ-nin süqutunu nə üçün sürətləndirdi?
Ölkədə maliyyə vəziyyəti daha da ağırlaşdı. Bütün sahələrdə tətbiq
olunan planlı iqtisadiyyat rüşvətxorluğa və istehsal sahələrində
fırıldaqçılığa