apardığı yanlış siyasəti hədəf aldı. Repressiya qurbanlarına
bəraət verildi, sürgün olunmuş xalqların daxili idarəçilikləri
bərpa olundu. Pasport islahatından kənarda qalan kolxozçuların
hüququnun bərpası kimi onların pasportlaşması həyata keçirildi.
Stalin dövrünün tənqid edilməsi iqtisadi sahədə də dəyişiklikləri
zəruri edirdi. “Amerikaya çatmaq və onu ötüb-keçmək” şüarını irəli
sürən Xruşşov kommunizmin yalnız bolluq yaradılması ilə qalib
gələcəyini düşünürdü. Mənzil təminatının yaxşılaşdırılması və kənd
təsərrüfatına diqqətin artırılması ön plana çəkildi. Xam
torpaqların istifadəsinə başlanıldı.
Xruşşov dövründə xarici siyasətdə də dəyişiklik baş verdi.
Qarşıdurmalar əvəzinə, “Kapitalist dövlətlərlə sülh şəraitində
birlikdə yaşama” prinsipi irəli sürüldü. Sovet və dünya xalqları
arasında mövcud olan “dəmir pərdə” aradan qaldırıldı.
Nikita Xruşşov
N.Xruşşovun islahatları hansı nəticələrə gətirib çıxardı?