Qəbul olunmuş konstitusiyaya görə Almaniyanın dövlət quruluşu
parlamentli federativ respublika oldu. Prezident məhdud
səlahiyyətlərə malik oldu. Kansler parlament qarşısında cavabdeh
idi.
Xristian Demokratik İttifaqının (XDİ) rəhbəri
Konrad Adenauer AFR-in ilk federal kansleri seçildi. Onun
dövründə, ilk növbədə, iqtisadiyyata iri kapital qoyuluşu
sürətləndi. ABŞ-nin “Marşall planı” çərçivəsində Almaniyaya
yardım göstərməsi ölkə iqtisadiyyatının inkişafına böyük təsir
göstərdi. Ölkəyə başqa ölkələrdən ucuz işçi qüvvəsi və
yüksəkixtisaslı mütəxəssislər cəlb olundu. Hərbi xərclərin az
olması, elmi-texniki tərəqqi ölkənin inkişafına öz töhfəsini
verdi. Almaniyanın qısa müddətdə sürətli inkişafı məhz
K.Adenauerin adı ilə bağlı idi. 1950-ci illər Almaniyanın
“iqtisadi möcüzələr dövrü” adlanır.
İqtisadiyyatı məhv olmuş Almaniyanın sürətli inkişafına səbəb
olan amilləri araşdırın.
1960-cı illərin əvvəllərində iqtisadiyyatda tədricən durğunluq
yaranmağa başladı. SSRİ-nin Berlin ətrafında divarlar çəkməsi,
inkişafı təmin edən mənbələrin tükənməsi, siyasi-iqtisadi
böhranlara gətirib çıxardı. K.Adenaueri Berlin böhranına müdaxilə
etməkdə acizlik göstərməkdə günahlandıran almanlar çıxışlara
başladılar. Çıxışların və tətil hərəkatlarının genişlənməsi
Adenauerin nüfuzuna zərbə vurdu. Bir zamanlar “iqtisadi möcüzələr
memarı” adlanan Adenauer 1963-cü ildə istefa verdi.
1969-cu ildə parlament seçkilərindən sonra AFRdə
sosial-demokratların lideri Villi Brandtın
başçılığı ilə hökumət təsis olundu. Yeni hökumət daxili
narahatlığı aradan qaldırmaq üçün əməkhaqlarını və təqaüdləri
artırdı, sahibkarların fəaliyyətinə dövlət nəzarətini gücləndirdi.
Brandt hökumətinin xarici siyasəti ölkədə müxalif güclərin kütləvi
etirazına səbəb oldu. SSRİ ilə gizli danışıqlara başlayan V.Brandt
özünün “Şərq siyasəti”ni elan etdi. İkinci dünya
müharibəsinin nəticəsində dəyişən Şərqi Avropa dövlətlərinin yeni
sərhədləri tanındı. Kəskin etirazlara baxmayaraq, ADR ilə
dövlətlərarası münasibətlər qurmaqla Qərbi Berlinin