Fransa ordusu ABŞ-nin İraqda apardığı “Səhrada tufan” adlı
əməliyyatlarında yaxından iştirak etdi.
1994-cü ildə Ruandada baş verən vətəndaş müharibəsində hökumət
qüvvələrinə Fransa hərbi yardım edərək bir milyona yaxın insanın
soyqırımına məruz qalmasında iştirak etdi. Uydurma “erməni
soyqırımı”nı əlində şüar edən fransız rəsmiləri Ruandadakı
hadisələrə müdaxilə etməmək üçün BMT-də müzakirə olunan bütün
təqdimatlardan “soyqırımı” ifadəsini çıxartmağa səy göstərdilər.
Ruanda hadisələri
Ruandada baş verən kütləvi qətliamları araşdırın.
2017-ci ildə keçirilən prezident seçkilərində Emmanuel Makron
qalib gəldi. Prezidentin apardığı siyasət nəticəsində Fransada
yanacaq qiymətlərinin artması və xalqın güzəranının pisləşməsi ilə
kütləvi narazılıq artdı. Hökumətin tətbiqinə hazırlaşdığı yeni
vergi islahatları “sarı yeləklilər” hərəkatına səbəb oldu. Ölkəni
bürüyən bu hərəkatın qarşısını almağa çalışan fransız hökuməti bir
müddət islahatların keçirilməsini gecikdirməyə məcbur qaldı.
ALMANİYA
İkinci dünya müharibəsinin nəticələri Almaniya üçün daha
acınacaqlı oldu. Birinci dünya müharibəsinin sonunda Almaniya
ərazilərini əlində saxlaya bilmişdisə də, İkinci dünya müharibəsi
başa çatanda artıq dövlət kimi mövcud deyildi. Əraziləri müttəfiq
dövlətlər tərəfindən işğal zonalarına bölünmüşdü. Almaniyanın
taleyi