Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı
çıxışından
Mən bu gün Şəhidlər memorialını və eləcə də Mücahidlər muzeyini
ziyarət etdim. Gördüklərimdən çox mütəəssir oldum. Baş vermiş
zorakılıq, kütləvi qətliam Fransanın Əlcəzair xalqına qarşı
törətdiyi, dünyanın heç zaman unutmadığı bir hadisədir.
Fransanın Əlcəzair xalqına qarşı çox dəhşətli bir qətliam
törətməsi 1,5 milyon insanın ölümü ilə nəticələnmişdir. Məhz bu
gün bu fəlakətli hadisəni xatırlayarkən biz belə bir
fəlakətlərin gələcəkdə qarşısını almaq üçün əlimizdən gələni
etməliyik.
1958-ci ildə geniş səlahiyyətlər alan Şarl de Qoll, ilk növbədə,
icraedici hakimiyyəti gücləndirmək və yeni konstitusiya hazırlamaq
qərarına gəldi. İlin sonunda keçirilən seçkilərdə
Şarl de Qoll (1958–1969) V Respublikanın prezidenti
seçildi.
Yeni respublika dövründə kapitalın mərkəzləşməsi gücləndi. Dövlət
dəstəyi nəticəsində sənaye sahələri sürətlə inkişaf etməyə
başladı. Kənddə fermer təsərrüfatının inkişafı ilə Fransa
Avropanın ən iri ərzaq ixracatçısına çevrildi.
Şarl de Qollun prezidentliyi dövründə ölkənin xarici siyasətində
əsas məsələ müstəmləkələrdə başlanmış problemlərin həllini tapmaq
və ABŞ-nin Avropada müdaxilələrini minimuma endirmək idi.
Müharibədən sonra müstəmləkələrdə başlanan azadlıq hərəkatını
yatırmaq üçün istifadə olunan qəddarlıq nəticəsində Əlcəzairdə bir
milyondan artıq insan soyqırıma məruz qaldı. Fransa hökuməti
tədricən öz sərt siyasətini yumşaltmağa başladı. 1960-cı illərin
əvvəlində
Ekvador və Qərbi Afrika müstəmləkələrinə, Evianda aparılan
danışıqlar nəticəsində isə Əlcəzairə siyasi müstəqillik verildi.
1960-cı illərin ortalarından etibarən Şarl de Qollun avtoritar
meyillərinə və həyat şəraitinin pisləşməsinə qarşı narazılıqlar
artmağa başladı. Parisdə başlanan nümayişlərin genişlənməsindən
narahat olan hökumət etirazçıların bəzi tələblərini təmin etdi,
parlament buraxıldı. 1969-cu ildə isə prezident Şarl de Qoll
istefa verdi.
1980-ci illərin əvvəlində prezident seçilən
Fransua Mitteran NATO ilə əməkdaşlığı və ABŞ ilə
münasibətləri inkişaf etdirdi.
VASİLİ FİLİPPOV
Tarix elmləri doktoru, Rusiya Elmlər Akade- miyasının
aparıcı elmi əməkdaşı
Ruanda soyqırımının araşdırılması:
2008-ci il avqustun 5-də Kaqamenin (Ruanda dövlət başçısı) əmri
ilə başlayan araşdırmanın nəticələri dərc olundu. Beş yüz
səhifəlik hesabatda “hazırlanan kütləvi qətllərlə bağlı fransız
ordusunun nəinki kifayət qədər məlumatlı olduğu, həm də
hadisələrdə bilavasitə iştirak etdiyi” barədə sübutlar təqdim
edilmişdi. Kiqali (Ruandanın paytaxtı), Ruanda məhkəməsinin “yüz
minlərlə ruandalıya sistematik olaraq divan tutan rejimə siyasi,
hərbi, diplomatik və nəqliyyat dəstəyi verməkdə”
təqsirləndirdiyi hər kəsi cinayət məsuliyyətinə cəlb etməyə
hazır olduğunu bildirdi. İttiham olunan 33 nəfərin arasında
Fransa prezidenti Fransua Mitteranın, Baş nazir Eduard
Balladyürün və sonralar Fransa hökumətinə rəhbərlik etmiş daha
iki siyasətçinin - sözügedən hadisələr zamanı xarici işlər
naziri olan Alen Jüppe və onun köməkçisi Dominik de Vilpen -
adları vardı.
Sonralar Fransa xarici işlər naziri Bernar Kuşner, 1994-cü ildə
“siyasi səhvlərə” yol verildiyini etiraf etmişdi. Eyni etirafı
2010-cu ildə Ruandaya rəsmi səfəri zamanı Fransanın prezidenti
Nikola Sarkozi də təkrarlamışdı.