Müharibə dövrünün ağır nəticələrinin aradan qaldırılması üçün
hazırlanmış planlar müvəffəqiyyətlə həyata keçirilməyə başlandı.
Elmi-texniki tərəqqi, dövlət tərəfindən iri müəssisələrin
fəaliyyətinin dəstəklənməsi iqtisadiyyatın inkişaf sürətini
artırdı. İri kapital qoyuluşunun artırılmasına görə Fransa 1950-ci
illərin ortalarında ABŞ və Böyük Britaniyanı qabaqladı.
Şarl de Qollun IV və V Respublikalar dövründə fəaliyyətini
müqayisə edin.
IV Respublikanın xarici siyasətinin istiqamətlərindən biri Avropa
dövlətləri ilə dinc münasibətlər idi. Məhz buna görə də Fransa
1949-cu ildə Avropa Şurasının və 1957-ci ildə
Avropa İqtisadi Birliyinin yaradılmasında əsas rol alan
ölkələrdən biri oldu.
1950-ci illərin sonunda yaranmış hakimiyyət böhranı IV
Respublikanın nüfuzunu sarsıtdı.
Müxalifət bu vəziyyətdən məharətlə istifadə etməyə başladı.
Həmçinin Əlcəzairdə olan hərbi qüvvələrin hökumətə bir sıra
tələblər göndərməsi ölkədə siyasi vəziyyətin daha da pisləşməsinə
gətirib çıxardı. Siyasi sabitlik tərəfdarları xilas yolunu Şarl de
Qollun hakimiyyətə qayıtmasında görürdülər. Parlamentin
buraxılması ilə dördüncü respublikanın fəaliyyəti başa çatdı.
Fransada IV Respublikanın süqutunun səbəbləri nələrdir?
Əlcəzair azadlıq hərəkatına Fransa ordusunun müdaxiləsi