vergiləri artırdı, sosial sahəyə ayrılan xərclər azaldıldı.
Sənaye, nəqliyyat və digər dövlət müəssisələrinin bir hissəsi özəl
mülkiyyətə verildi.
Tetçer hökuməti xarici siyasətdə dəyişiklik etdi. İngiltərənin
hərbi xərcləri xeyli artırıldı. İngiltərə ABŞ-nin sosializmə qarşı
apardığı mübarizəyə qoşuldu. ABŞ-nin Qərbi Avropa ölkələrində orta
mənzilli nüvə başlıqlı raketlərin yerləşdirilməsi planına fəal
dəstək verdi.
Folklend adalarına sahiblik uğrunda mübarizə 1982-ci ildə
İngiltərə ilə Argentina arasında münasibətləri gərginləşdirdi.
Argentinanın adalara hərbi müdaxiləsi yeni bir hərbi böhrana səbəb
oldu. Bu məsələdə barışmaz mövqe sərgiləyən Tetçer hakimiyyəti
Argentinanı hərbi yolla niyyətindən əl çəkməyə məcbur etdi.
ABŞ-nin birbaşa dəstəyi ilə Folklend böhranı
Böyük Britaniyanın qələbəsi ilə başa çatdı.
XX yüzilliyin 90-cı illərində Böyük Britaniya tərkibində
Şotlandiya və Uelsin muxtariyyətləri genişləndirildi. Leyboristlər
hökuməti ilə İrlandiyanın siyasi partiyaları arasında 1968-ci
ildən bəri həllini tapmayan Olster məsələsi ilə bağlı sazişlər
imzalandı. Razılaşmalara görə Olsterə geniş muxtariyyət hüququ
verildi.
1973-cü ildə Avropa İqtisadi Birliyinə qoşulan Böyük Britaniya XXI
yüzilliyin əvvəllərindən etibarən birlikdən ayrılmaq üçün
müzakirələrə başlamışdı. Avropa Birliyi daxilində olan iqtisadi
cəhətdən zəif ölkələr İngiltərə iqtisadiyyatına yük hesab
olunurdu. Bunları əsas gətirən ingilis hökuməti 2020-ci ildə
“Brexit” (Breksit) planı ilə Avropa Birliyindən
ayrıldı.
“Brexit” (Breksit) planı
Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının səbəblərini
araşdırın.