BÖYÜK BRİTANİYA
Böyük Britaniya əvvəlki müharibədə olduğu kimi, İkinci dünya
müharibəsindən də qalib kimi çıxmışdı. Ancaq müharibənin
nəticələri ölkə üçün elə də arzuolunan deyildi. Dənizlərdə
hökmranlıq artıq çoxdan ABŞ-yə keçmişdi. Ölkəyə dəyən maddi
ziyanın ölçüsü çox böyük idi. Xeyli miqdarda iqtisadi resursların
itirilməsi Böyük Britaniyanı ABŞ-dən asılı hala saldı. Həmçinin
müstəmləkələrin və dominionların iqtisadi cəhətdən güclənməsi
onların İngiltərədən tədricən uzaqlaşmasına gətirib çıxardı.
1945-ci ildə parlament seçkilərində leyboristlər partiyası qələbə
çaldı. Klement Etlinin rəhbərliyi ilə yeni hökumət quruldu.
Onların daxili siyasətinin əsasını milliləşdirmə tuturdu.
Leyboristlər bankları və əvəzi ödənilməklə bir çox sənaye
müəssisələrini milliləşdirdi.
Leyboristlərin xarici siyasətinin başlıca məsələsi Britaniya
imperiyasının gələcəyi idi. Müstəmləkələrdə baş verən azadlıq
hərəkatları leyboristləri güzəştə getməyə məcbur etdi. Bir sıra
müstəmləkələrə əlverişli şərtlərlə müstəqillik verildi.
İkinci dünya müharibəsindən sonra Böyük Britaniyanın iqtisadi
geriliyinə səbəb olan amillər hansılardır?
Vergilərin artırılması, talon sisteminin əhatə dairəsinin
genişlənməsi leyboristlərin nüfuzuna xələl gətirdi.
Dünya müstəmləkə sisteminin dağılmasının Böyük Britaniya
iqtisadiyyatına hansı təsirləri oldu?
1951-ci il seçkilərində mühafizəkarların yaşlı lideri
Uinston Çörçill yenidən qələbə qazandı. Ölkəni iqtisadi
böhrandan çıxarmağa çalışan mühafizəkarlar iqtisadiyyatda və
sosial sahədə