Bu mübarizə məqsədilə hərbi xərclər dəfələrlə artırıldı. Terror
hadisələri ilə əlaqədar olaraq Əfqanıstanda hakimiyyətdə olan
“Taliban” üzərinə hücum başlandı. Bu hərbi əməliyyatlar
nəticəsində Əfqanıstan tarixinin ən ağır vəziyyətinə salındı.
Kütləvi qırğın və kimyəvi silah saxlaması şübhələri ilə İraq
hakimiyyətinə qarşı hərbi əməliyyatlara bir çox Avropa ölkələri
cəlb olundu. İraqda Səddam Hüseyn rejimi devrildi. Ancaq iddia
olunan kimyəvi silahlar tapılmadı. İraq və bütün Yaxın Şərq
C.Buşun apardığı uğursuz xarici siyasət nəticəsində xarabalığa
çevrildi. Bu hadisələr İraq və Əfqanıstanda yeni terror
təşkilatlarının yaranmasına şərait yaratdı.
Barak Obama
2008-ci il prezident seçkilərində ilk dəfə qaradərili bir
namizəd - Barak Obama
prezident seçildi. İlin ikinci yarısından etibarən ABŞ-ni yeni
maliyyə böhranı bürüdü. Böhran tezliklə digər ölkələrə yayılaraq
dünya maliyyə və iqtisadi böhranına çevrildi. Dünya bazarında
neftin qiyməti sürətlə aşağı düşdü. Dünya ərzaq məhsullarının
sürətli bahalaşması ilə qarşılaşdı.
Obama, ilk növbədə, iqtisadi böhranın nəticələrinin aradan
qaldırılmasına diqqət yetirdi.
İslahatların maliyyələşdirilməsi üçün yüksək gəliri olan təbəqənin
ödəyəcəyi vergilər artırıldı, büdcə kəsiri və işsizlik azaldıldı.
B.Obama hökuməti Əfqanıstana “Taliban” qüvvələri ilə mübarizə üçün
yeni qoşun hissələri göndərilməsini nəzərdə tuturdu. Bunun
əvəzində, İraqdakı ABŞ qoşunlarının sayının azaldılması və onların
tədricən çıxarılması barədə qərar qəbul edildi.
2016-cı ildə keçirilən seçkilərdə respublikaçı Donald Tramp qalib
gəldi. O, İran, Şimali Koreya və Rusiya ilə münasibətləri qaydaya