“Səhra fırtınası” əməliyyatı
Bill Klinton
Corc Buşun əsas nailiyyəti isə İran körfəzində baş verən
münaqişəyə vaxtında hərbi müdaxiləsi idi.
1992-ci ildə seçkilərdə demokratların lideri
Bill Klinton qalib gəldi. Onun dövründə dövlət idarəçilik
xərcləri azaldıldı, vergi, sosial təminat və təhsil sahəsində
islahatlar aparıldı. Büdcə kəsiri aradan qaldırıldı, inflyasiya
və işsizlik xeyli azaldıldı. F.Ruzveltin siyasi xəttini davam
etdirən Klintonun prezidentliyi dövrü ABŞ-nin iqtisadi tarixində
uğurlu mərhələlərdən biri sayılır.
ABŞ XXI YÜZİLLİYİN ƏVVƏLLƏRİNDƏ
2000-ci ildə keçirilən prezident seçkiləri ABŞ tarixində
qalmaqallı olması ilə yadda qaldı. Respublikaçıların müraciəti
əsasında ABŞ Ali məhkəməsi rəqib partiyanın səslərini etibarsız
saydı. Corc Buş ABŞ-nin yeni prezidenti elan olundu. Bu hadisələr
demokratiyanın beşiyi sayılan ABŞ-də seçkilərə müdaxilənin ola
biləcəyi təsəvvürlərini yaratdı.
Corc Buş hakimiyyətə gəldikdən sonra vergi islahatı keçirmək
haqqında konqresə qanun layihəsi təqdim etdi. Həmin islahata görə
vergilərin aşağı və yuxarı hədləri müəyyən edildi.