Demokratların daxili çəkişmələrindən istifadə edən Nikson
seçkilərdə yenidən qalib gəlsə də, onun seçki kampaniyası dövründə
“Uotergeyt” otelində dinləmə qurğularından istifadə edilməsi
siyasi böhrana səbəb oldu. İmpiçment* təhlükəsi qarşısında
qalan Nikson 1974-cü ildə istefa verməyə məcbur oldu. Yeni
prezident seçilənə qədər ABŞ tarixində ilk dəfə təyinatla
vəzifələr tutan siyasi xadimlər tərəfindən idarə olundu.
ingilis sözü olub, mənası “etimadsızlıq” deməkdir. Dövlət
başçısı da daxil olmaqla yüksək vəzifəli məmurlara etimadsızlıq
göstərilməsi, habelə onlara qarşı məhkəmə qaydasında ittiham
irəli sürülməsi prosedurudur.
Ronald Reyqan
1980-ci ildə respublikaçı
Ronald Reyqan
prezident seçildi. Onun əsas məqsədi əvvəlki prezidentlərin
dövründə başlanmış inflyasiyanın qarşısını almaq idi. Bu
məqsədlə irəli sürülən “Reyqanomika” adlı proqramın əsasında
büdcə xərcləri azaldıldı, özəl sektorda dövlətin nəzarəti
zəiflədildi, sənayeyə kapital qoyuluşu artırıldı. İşsizliyə görə
büdcədən ayrılan müavinətlər ləğv edildi. Azgəlirli əhali
vergilərdən azad olundu. İnflyasiya və işsizlik problemləri həll
edildi.
“Reyqanomika” proqramı çərçivəsində hansı tədbirlər görüldü?
Amerika sənayesi elmi-texniki tərəqqinin ən müasir nailiyyətlərini
səmərəli surətdə tətbiq edirdi. Bu dövrdə ilk fərdi kompüter
istehsal olundu, ölkədə mobil telefon rabitə şəbəkəsi yaradıldı.
Reyqanın xarici siyasəti antikommunist ruhda köklənmişdi. O, “Şər
imperiyası” adlandırdığı