Riçard Nikson
1968-ci il seçkilərində
Riçard Nikson prezident seçildi. Onun xarici siyasətinin
əsasını Vyetnam müharibəsi təşkil edirdi. Nikson müharibəni başa
çatdırmağa və Vyetnamla sülh bağlamağa çalışırdı. 1973-cü ilə
qədər ABŞ qoşunları Vyetnamdan çıxarılmalı idi. Müharibədən
ABŞ-nin məğlub ayrılmasına baxmayaraq, Niksonun Vyetnam
müharibəsini başa çatdırması onun nüfuzunu yüksəltdi.
Riçard Nikson “Yeni iqtisadi siyasət” haqqında
proqram irəli sürməklə iqtisadiyyatı bərpa etməyə
çalışırdı. Sosial sahədə bir sıra addımlar
atıldı. Qocalığa görə verilən təqaüdlər artırıldı.
İşsizliyə görə müavinətlər nəzərdə tutuldu.