Con Kennedi
qaradərililərin təqib edilməsinin qarşısını almaqla yanaşı, həm
də SSRİ-nin bu sahədə əks-təbliğatına mane olmağa çalışırdı.
C.Kennedi xarici siyasətində SSRİ ilə münasibətlərə xüsusi
diqqət edirdi. Konqresdə də bu səbəbdən ona dəstək verilirdi.
Çünki SSRİ-ABŞ qarşıdurması, atom silahlarının bütün bəşəriyyət
üçün təhlükə törətməsi ən böyük problemə çevrilmişdi. Kennedinin
“Yeni hüdudlar” doktrinasında SSRİ ilə yeni münasibətlər qurmaq,
dünyada qüvvələr nisbətini öz xeyrinə dəyişməkdən ötrü səmərəli
fəaliyyət nəzərdə tutulurdu. İnkişaf etməkdə olan ölkələrdə
kommunizm təhlükəsinin yayılmasının qarşısını almaq əsas
məqsədlərdən idi.
ABŞ-nin SSRİ ilə münasibətlərini müqayisəli təhlil edin.
Kennedi hökumətinin xarici siyasətində Latın Amerikası və Qərbi
Avropa ölkələri də xüsusi yer tuturdu. Latın Amerikası ölkələrinin
iqtisadiyyatının dirçəldilməsi üçün maliyyə yardımı etməklə
onların ABŞ-dən asılılığını möhkəmləndirmək vacib məsələ
sayılırdı. Qərbi Avropa ölkələri ilə də əməkdaşlıq
genişləndirilməli və ABŞ-nin Avropada nüfuzu saxlanmalı idi.
Kennedi hökumətinin xarici siyasətində ziddiyyətli meyillər də
müşahidə olunurdu. SSRİ ilə Kuba və Avropada Karib və Berlin
böhranlarının yaranmasında ABŞ-nin də rolu az deyildi. Kubada baş
verən inqilaba müdaxilə etməsi birbaşa SSRİ ilə münasibətləri daha
da gərginləşdirdi. Nüvə müharibəsi təhlükəsi ilk dəfə real
görünürdü. Nəhayət, SSRİ dövlət başçısı N.Xruşşov və Kennedinin
razılaşması ilə dünyanı bürüyən böyük fəlakətin qarşısını almaq
mümkün oldu.
Karib böhranından sonra iki dövlət arasında nüvə tərk-silahı
aktuallaşdı. 1963-cü ildə Moskvada SSRİ, ABŞ və İngiltərə arasında
atmosferdə və su altında nüvə silahı sınaqlarının