DÜNYA MÜHARİBƏSİNİN NƏTİCƏLƏRİ
ABŞ İkinci dünya müharibəsindən qalib dövlətlər sırasında çıxdı.
Dünya müharibəsinin onun üçün bir sıra sosial-iqtisadi nəticələri
oldu. Belə ki ABŞ müharibədən sonra dünyanın ən varlı ölkəsinə
çevrildi. Ölkə iqtisadiyyatının sürətli inkişafının əsas
xüsusiyyətlərindən biri də müharibə dövründə ərazisində hərbi
əməliyyatların getməməsi ilə bağlı idi.
Harri Trumenin daxili siyasətini F.Ruzveltin daxili siyasəti ilə
müqayisə edin.
Müharibənin sonuna az qalmış vəfat edən F.Ruzveltin yerinə
vitse-prezident Harri Trumen gətirildi. O,
“Ədalətli xətt” adlı geniş islahatlar proqramını irəli
sürdü. Əslində, bu islahatlar Ruzveltin “Yeni xətt” siyasətinin
davamı idi. Proqramda ordunun tərxis olunması ilə məşğulluğun
təmin edilməsi və iqtisadiyyatın yenidən qurulması nəzərdə
tutulurdu. İqtisadiyyatın dinc dövrə uyğunlaşdırılması nəticəsində
istehsal xeyli gerilədi. Yaranmış bu vəziyyətdə ölkəni tətil
hərəkatı bürüdü. Həmkarlar ittifaqı üzərində dövlət nəzarətini
gücləndirmək üçün ABŞ konqresi Taft-Xartli qanununu
qəbul etdi. Qanuna görə əmək münasibətləri tənzimlənir və müəyyən
edilmiş vaxtdan fərqli vaxtlarda tətil etmək qadağan olunurdu.
Müharibədən sonrakı dövrdə ölkədə siyasi həyatın demokratikləşməsi
baxımından da bəzi yeniliklər baş verdi. Konstitusiyaya edilmiş
düzəlişə görə heç kim iki dəfədən artıq ölkə prezidenti seçilə
bilməzdi. 1948-ci ildə prezident seçilən Harri Trumen ölkə
iqtisadiyyatında davamlı inkişafı təmin etmək üçün tədbirlər
gördü. Sığorta ödənişləri tənzimləndi və az gəlirli ailələr üçün
mənzil tikintisinə vəsait artırıldı.
H.Trumenin prezident seçkilərində qələbə qazanmasına hansı
amillər səbəb olmuşdur?
Harri Trumen
H.Trumenin dövründə kommunizm təhlükəsinə qarşı mübarizə dövlət
siyasəti səviyyəsinə qaldırıldı. Senator C.Makkartinin təşəbbüsü
ilə müxalifətə qarşı mübarizə gücləndi. Onun iddialarına görə
dövlət idarələrində çoxlu kommunist işləyirdi. ABŞ əhalisini
kommunist təhlükəsi ilə hədələyən senator və onun tərəfdarları
azadfikirli insanlara qarşı genişmiqyaslı təqiblər aparırdılar.
H.Trumenin dövründə afroamerikalı əhaliyə qarşı da münasibət
birmənalı idi. Müharibə dövründə xeyli sayda afroamerikalıların
iştirak etməsi və qəhrəmanlıq göstərməsinə baxmayaraq, onların seçki
hüquqları yox idi. Trumen afroamerikalılara mülki bərabərlik olmasa
da, seçki hüququnun verilməsinə çalışırdı. Onlara seçki hüququ
verilməsi məsələsini konqresdə ilk dəfə Trumen qaldırdı.
Harri Trumenin xarici siyasi xətti “atom diplomatiyası” adını aldı.
1946-cı ildə SSRİ-nin müdaxilə meylinin qarşısını almaq üçün
müxtəlif doktrinalar irəli sürüldü.
ABŞ ÖLKƏLƏRARASI SİYASİ BÖHRAN BURULĞANINDA
1960-cı ildə seçkilərdə Con Kennedi prezident seçildi. O, bir
çox xüsusiyyətlərinə görə digər prezidentlərdən fərqlənirdi. ABŞ
prezidentləri içərisində ilk dəfə bir katolik prezident kürsüsündə
əyləşmişdi. Kennedinin daxili siyasətinin əsasını vergilərin
azaldılması ilə iqtisadiyyatı dirçəltmək, xəstələrin sosial
müdafiəsinin təmini, təhsilin yenidən qurulması və irqi
ayrı-seçkilik probleminin həlli təşkil edirdi. İrqi ayrı-seçkilik
məsələsində ehtiyatla davranan Kennedi