dövrü başlandı. Artıq radio siyasətin əsas təbliğat vasitəsi idi.
O həmçinin klassik musiqi, caz və teatrın təbliğində də rol
oynadı.
MƏDƏNİYYƏT VƏ SİYASƏT
1920-1930-cu illərdə İtaliyada faşizm, Almaniyada nasizm, SSRİ-də
isə bolşevizm öz məqsədlərinə xidmət etdirmək üçün mədəniyyətin
bütün sahələrini sərt nəzarət altına almışdı. Bu dövrdə dünyada
mədəniyyət xadimləri siyasi müzakirələrdə daha fəal iştirak etməyə
başladılar. Bir çox alman ziyalıları nasizmi tənqid etdilər.
Onların əksəriyyəti 1933-cü ildə Hitler hakimiyyətə gəldikdən
sonra ölkəni tərk etməyə məcbur qaldı.
Mədəniyyətin inkişafında dövlətlər hansı rolu oynaya bilər?
XX yüzillik rəssamlığında dərin iz buraxmış sənətkarlardan biri
Pablo Pikasso olmuşdur. Onun məşhur əsəri olan “Gernika”da
İspaniyada vətəndaş müharibəsi dövründə alman təyyarələri
tərəfindən dağıdılmış Gernika şəhəri təsvir edilir.
Mədəniyyət və siyasətin qarşılıqlı əlaqələri haqqında müzakirə
aparın.
XX yüzilliyin dahi bəstəkarlarından biri olan
Dmitri Şostakoviç
faşist qoşunları tərəfindən mühasirəyə alınan Leninqradda könüllü
olaraq