Rus yazıçısı Maksim Qorki və şair
Vladimir Mayakovski sovet mədəniyyətinin dünyada tanınan
nümayəndələri idi. XX yüzillikdə dünyanın ən məşhur şairlərindən
biri olan Nazim Hikmət Türkiyədə sərbəst şeirin yaradıcısı
olmuşdur. O, siyasi baxışlarına görə dəfələrlə həbs və sürgün
edilmişdir.
Səməd Vurğun və Nazim Hikmət
Birinci dünya müharibəsindən sonra ədəbiyyatda hansı yeniliklər
baş verdi?
KÜTLƏVİ MƏDƏNİYYƏTƏ DOĞRU
İngilis aktyoru Çarli Çaplinin, sovet rejissoru
Sergey Eyzenşteynin səssiz filmləri dünyada məşhur idi.
1920-ci illərin ikinci yarısından səsli filmlər yaradılmağa
başlandı. Fotoqrafiya, cizgi filmi, kino kimi vizual sənət
sahələrində gedən inkişaf
kütləvi mədəniyyətin formalaşmasına təsir etdi. Yazılı
mətbuata fotolar əlavə olundu. Avropada “Tenten”, ABŞ-də
“Supermen” kimi komikslər (şəkilli hekayələr) məhz bu
dövrdə yaradıldı. Dünyadakı siyasi inkişafla əlaqədar olaraq
filmlərdən təbliğat vasitəsi kimi istifadə edilməyə başlandı.
1923-cü ildə İngiltərədə yaradılan
televiziya 1930-cu illərdə artıq evlərdə geniş istifadə
olunurdu.
“DANIŞAN MƏTBUAT”
1920-ci illərdə səsin yazılmasını mümkün edən texniki inkişaf
nəticəsində musiqinin dinlənmə arealı genişləndi. Radio 1920-ci
illərdə geniş yayıldı, Avropa və ABŞ-də isə kütləvi media
vasitəsinə çevrildi. Bununla da “Danışan mətbuat”