Bauhaus məktəbinin binası
O, 1939-cu ildə ABŞ prezidenti F.Ruzveltə faşist Almaniyasının
atom bombası hazırlamaq istiqamətində çalışdığı haqqında
xəbərdarlıq məktubu yazmışdı. Məhz bu məktubun təsiri ABŞ-ni
İkinci dünya müharibəsində atom bombası hazırlamağa sövq etdi.
Sosial elmlər sahəsində də yeniliklər baş verdi.
1929-cu ildə Tarix elmində “Annallar” (salnamələr)
məktəbinin meydana gəlməsi ilə ənənəvi tarix anlayışı dəyişdi.
Tarixin yalnız siyasi hadisələri əks etdirən hekayələrdən ibarət
olmadığı fikri irəli sürüldü. Artıq tarixin mərkəzində yalnız
müharibələr və hökmdarların fəaliyyəti deyil, sosial-iqtisadi
həyat və mədəniyyət də dayanırdı. Hadisə yönümlü ənənəvi Tarix
elmini problem yönümlülük əvəz etdi. Siyasi hadisələri diqqət
mərkəzinə alan tarix anlayışı əvəzinə, insan fəaliyyətinin bütün
sahələrini əhatə edən anlayış hakim oldu. Tarixi araşdırmalarda
sosiologiya, iqtisadiyyat, antropologiya və başqa ictimai
elmlərdən istifadə edildi.
1920-1930-cu illərdə elm sahəsində baş vermiş yeniliklərə aid
cədvəl tərtib edin.
ƏDƏBİYYAT: ETİRAZ VƏ ÜMİD ARASINDA
1920-1930-cu illər ərzində müharibənin təsirləri Avropada özünü
göstərirdi.Müharibə ədəbiyyatı ayrıca bir istiqamətə
çevrilmişdi.