əməkdaşlıq edirdilər. Onlar birlikdə Antanta dövlətlərinin
vahid Rusiyanın bərpasına
yönəlmiş siyasi addımlarının əleyhinə çıxırdılar.
1919-cu ilin sonlarında sovet Rusiyasının
hərbi qüvvələrinin hərbi-siyasi rəqiblərini
əzərək Qafqaza doğru irəliləməsi sülh
konfransının aparıcı dövlətlərini narahat etməyə
başladı.
Müharibə zamanı Yaxın və Orta Şərqdə yeni
mövqelər əldə etmiş Böyük Britaniya sovet
təhlükəsi haqqında daha çox düşünürdü.
1919-cu ilin noyabrından etibarən ingilis
dövlət xadimləri Azərbaycan və Gürcüstan
respublikalarının müstəqilliklərinin sülh
konfransı tərəfindən tanınmasının mümkünlüyü
qənaətinə gəldilər. 1920-ci il yanvarın
11-də sülh konfransının Ali şurası bununla
bağlı müvafiq qərar qəbul etdi:
“Müttəfiq və birləşmiş dövlətlər Azərbaycan
və Gürcüstan hökumətlərini de-fakto səviyyəsində
birgə tanıyır”.
Azərbaycan tarixinin ən şanlı səhifələrindən
birini yazan AXC-nin sülh nümayəndə
heyəti vətənin müdafiəsinin gücləndirilməsində
Antanta dövlətlərindən yardım
göstərməsini xahiş etsə də, buna nail ola
bilmədi.