yanaşı, Avropa və Amerika dövlətlərinə AXC haqqında ətraflı məlumat təqdim
etməli idi. Fransa hökuməti tərəfindən AXC
nümayəndələrinə viza verilməsində əngəllərin
yaradılması səbəbindən onlar Parisə
sülh konfransı başladıqdan 4 ay sonra gedə
bildilər. AXC konfransda iştirak edən dövlətlərin
dördüncü qrupuna (yeni yaranmış
dövlətlər və bitərəf ölkələrə) aid olduğundan
bilavasitə konfransın iclaslarında iştirak
etmək hüququna malik deyildi. Buna baxmayaraq,
nümayəndə heyətinin üzvləri
konfransa gəlmiş digər dövlətlərin nümayəndələri ilə görüşlər keçirir, dünya ictimaiyyətinə
AXC ilə bağlı məlumatları çatdırmağa
çalışırdılar. Onların apardığı geniş
təbliğat erməni dairələrinin AXC ilə bağlı
Qərb ölkələrində yaratdığı mənfi təsəvvürü,
əsasən, dəyişə bildi.
Ə.Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti 1919-cu ilin iyununda “Qafqaz
Azərbaycanı Cümhuriyyətinin Paris sülh
konfransına memorandumu” adlı sənədi
ingilis və fransız dillərində çap edərək konfransın
katibliyinə təqdim etdi. Sənəddə
nümayəndə heyətinin sülh konfransı tərəfindən
AXC-nin müstəqilliyinin tanınacağına
ümidvar olduğu qeyd edilirdi:
“...Biz Qafqazda artıq de-fakto mövcud
olan dövlətlərin tanınması məsələsini müdafiə
edirik. Onlardan biri də müstəqil
Azərbaycan Cümhuriyyətidir. Biz bu memoranduma
belə bir inamla yekun vururuq
ki, xalqımızın maddi qüdrəti və mənəvi
keyfiyyətləri, onun əxlaqi sərvətləri, əməyə
və təhsilə olan məhəbbəti, qayda-qanuna
və dövlət prinsiplərinə hörməti Azərbaycanın
müstəqil cümhuriyyət şəklində bundan
sonrakı suveren mövcudluğuna ən yaxşı
zəmanətdir”.
ABŞ prezidenti V.Vilson 1919-cu il mayın əvvəllərində
AXC nümayəndələrinin konfransın
işində iştirakının əleyhinə çıxış etdiyi
halda, mayın 28-də heyətin başçısı Ə.Topçubaşovla
görüşmək qərarına gəldi. AXC
barəsində hazırlanmış bütün sənədlər
V.Vilsona təqdim olundu, Azərbaycanın bir
daha Rusiya tərkibinə qatılmayacağı və
müstəqilliyini müdafiə edəcəyi bildirildi,
ABŞ-dən AXC-yə siyasi və iqtisadi sahədə
yardım göstərilməsi ilə bağlı xahiş edildi.
AXC nümayəndələri konfransda Gürcüstan,
Latviya, Estoniya, Belorusiya, Ukrayna və
Şimali Qafqaz nümayəndələri ilə sıx