maraqları olsa da, onu xarici təcavüzdən qorumaq
üçün burada kifayət qədər hərbi qüvvəsi
yox idi. AXC hökuməti İtaliya ilə iqtisadi
və siyasi əlaqələri gücləndirmək məqsədilə
nümayəndə heyətini Romaya göndərmişdi.
1920-ci ilin fevralında İtaliya hökuməti ilə
AXC ordusunun və hərbi donanmasının silah-
sursat, hərbi ləvazimat, hərbi texnika və
geyimlə təchiz olunması barəsində saziş
imzalandı.
1920-ci ilin yanvarından etibarən AXC hökuməti
daha genişmiqyaslı xarici siyasət
yürütməyi planlaşdırırdı. Bu məqsədlə parlament
Fransa, Böyük Britaniya, İtaliya, İsveçrə,
Almaniya, ABŞ, Polşa və sovet Rusiyasında
diplomatik nümayəndəliklərin
yaradılması barədə qanun qəbul etdi. Qanuna
əsasən Paris sülh konfransında iştirak
edən AXC sülh nümayəndəliyi fəaliyyətini
dayandırdı.
Qonşu dövlətlərlə münasibətlər. Təşəkkülünün
ilk günlərindən etibarən AXC-nin
xarici siyasətində qonşu dövlətlərlə dostluq
və qarşılıqlı anlaşma prinsipləri zəminində
münasibətlərin qurulmasına, mübahisəli
məsələlərin həllində zorakılıqdan imtina
edilməsinə, qarşılıqlı etimadın yaradılmasına
mühüm əhəmiyyət verilirdi. Bu prinsipə
bölgənin digər dövlətlərinin də riayət
etməsi Paris sülh konfransında Qafqazın
yeni yaranmış milli dövlətlərinin tanınmasına
mühüm yardım etmiş olardı.
1918-ci ilin mayında Cənubi Qafqazda yeni
yaranmış 3 milli dövlətin hüdudlarının
dəqiqləşdirilməsinin mürəkkəbliyi səbəbindən
onların arasında mübahisəli ərazilər
problemi meydana çıxdı. AXC-nin Rusiya,
Gürcüstan və Ermənistanla mübahisəli əraziləri
var idi. Əksər hallarda bu problemin
ikitərəfli danışıqlar yolu ilə həlli mümkün olmadığı
üçün sərhəd toqquşmalarına səbəb
olurdu. Bu isə milli dövlətlərin istiqlaliyyətinin
möhkəmlənməsinə və iqtisadiyyatının
sabit inkişafına ciddi maneçilik törədirdi.
Ermənistanın bir dövlət kimi təşəkkül tapması
üçün siyasi-inzibati mərkəzə ehtiyacı
var idi. Ermənilərin belə bir mərkəz kimi
nəzərdə tutduğu Gümrü (Aleksandropol)
şəhəri Osmanlı qoşunlarının nəzarəti altında
idi və komandanlıq bunu hərbi zərurət
kimi izah edirdi.