sinin erməni qəsbkarları tərəfindən ələ keçirilməməsi
üçün göstərdiyi yardım misilsiz
əhəmiyyətə malikdir. Konstitusiyalı monarxiya
olan Osmanlı dövlətinin respublika
quruluşuna üstünlük vermiş Azərbaycan
xalqına yardımı dünya tarixində nadir hadisələrdən
biri sayıla bilər.
1918-ci il noyabrın 4-də Mudros barışığının
AXC ilə bağlı maddəsinə görə Ə.Topçubaşovun
Osmanlı dövlətinə etiraz etməsi iki
dövlət arasında razılaşdırılmış addım idi. Bu
sənəd AXC-nin Osmanlı dövlətinin siyasəti
ilə razılaşmadığını, Azərbaycan dövlətinin
milli dövlət maraqlarını bütün gücü ilə qorumağa
hazır olduğunu Antanta dövlətlərinə
nümayiş etdirməli idi.
Osmanlı dövlətinin Azərbaycan xalqına göstərdiyi
yardımı siyasi baxımdan qiymətləndirin.