layihəni bəyənsə də, sovet Rusiyasının
ölkəni işğal etməsi səbəbindən islahatı
axıra kimi həyata keçirə bilmədi.
AXC dövründə 100-ə qədər qəzet və jurnal
dərc edilirdi ki, onların da əksəriyyəti türk
(Azərbaycan) dilində idi. Məsələn, “İstiqlal”,
“Azərbaycan”, “Qurtuluş”, “Mədəniyyət” və
başqalarını göstərmək olar. Hökumətin
1918-ci ilin noyabrında qəbul etdiyi qərara
əsasən senzura ləğv edilmişdi.
BDU-nun nəzdində yaradılmış “Müsəlman
Şərqini öyrənən cəmiyyət” Azərbaycan tarixinin,
mədəniyyətinin, ədəbiyyatının öyrənilməsi
və təbliğ edilməsində mühüm işlər
görürdü. “Türk ocağı” cəmiyyətinin
məqsədləri türk xalqları arasında mədəni
əlaqələri inkişaf etdirmək, onları bir-birinə
yaxınlaşdırmaq, qarşılıqlı yardımı daha da
möhkəmləndirmək idi. Parlamentin binasında
açılmış “İstiqlal” muzeyində Azərbaycanın
azadlıq və istiqlalına dair sənədlər,
materiallar, arxeoloji tapıntılar, silahlar,
rəsm əsərləri, xalçalar və s. toplanmışdı.
AXC hökuməti əhalinin maarifləndirilməsi
sahəsində dövlət və kütləvi xalq kitabxanalarının
açılmasına mühüm əhəmiyyət verirdi.
Bakıda fəhlələr arasında mədənimaarif
işlərinin aparılması məqsədilə “xalq
evləri” təşkil edilmişdi.
AXC-nin yaranması ilə milli teatrın fəaliyyətində
canlanma baş verdi, Dövlət Teatrı təşkil
olundu. Onun səhnəsində ilk tamaşaya
qoyulan əsər N.Nərimanovun “Nadir şah”
faciəsi idi. Azərbaycan teatrının repertuarında
müstəqillik uğrunda mübarizə tarixinə
həsr edilmiş dram əsərləri mühüm
yer tuturdu.
Xarici siyasət. “İstiqlal Bəyannaməsi”ndə
AXC-nin xarici siyasətinin əsas prinsipi kimi
beynəlxalq birliyin bütün üzvləri ilə bərabərhüquqlu,
qarşılıqlı faydalı əlaqələrin qurulması,
həmsərhəd dövlətlərlə qonşuluq
münasibətlərinin yaradılması nəzərdə tutulmuşdu.
AXC-nin qurulduğu ilk dövrlərdə xarici siyasətin
qarşısında, ilk növbədə, dövlətin suverenliyinin
qorunması və ərazi bütövlüyünün
təmin olunması vəzifələri dururdu. Bu
zaman əvvəlcə Osmanlı, daha sonra Böyük
Britaniya dövlətlərinin Azərbaycandakı
hərbi nümayən dələri ilə AXC hökumətlərinin
normal münasibətlərinin yaradılması
vacib idi.