Sənayenin inkişafına yardım tədbirləri ilə
yanaşı, fəhlələrin problemləri ilə bağlı zəruri
işlərin tam görülməməsi, eyni zamanda aqrar
islahatın ləngidilməsi AXC hakimiyyətinin
sosial dayaqlarını zəiflədirdi.
Şimali Azərbaycan kəndlərində bütün
təsərrüfatların əksəriyyəti dövlətə məxsus
idi. Kəndlilərin yarıdan çoxunu kasıblar təşkil
edirdilər. 1919-cu ildə aqrar islahat barəsində
qanun layihəsinin hazırlanması üçün
parlament komissiyası yaradıldı. Komissiyanın
hazırladığı layihədə bütün torpaqlar
dövlət mülkiyyəti elan edilir, mülkədarların
ixtiyarında müəyyən olunmuş miqdarda
torpaq sahəsinin saxlanılması nəzərdə tutulurdu.
“Müsavat”ın parlamentə təqdim etdiyi
aqrar islahat layihəsinin müzakirəsi siyasi
çəkişmələr və hökumət böhranı ilə
əlaqədar baş tutmadı. Azərbaycanın
müstəqilliyinə düşmən olan siyasi qüvvələr
isə təbliğatlarında aqrar məsələnin həll
olunmaması faktından yararlandılar.
AXC hökuməti sosial sahədə mühüm tədbirlər
həyata keçirdi. İnflyasiya ilə əlaqədar
bir neçə dəfə əhalinin müxtəlif təbəqələrinin
maaşının artırılması haqqında qərarlar
qəbul edildi. Hökumət kasıb ailələrdən olan
uşaqlara yardım edilməsi ilə bağlı qərar da
vermişdi.
AXC hökumətlərinin sosial siyasətlərində
qaçqın və məcburi köçkünlərin problemlərinin
həlli əsas yerlərdən birini tuturdu. 1918–
1920-ci illərdə erməni quldur dəstələrinin
törətdikləri vəhşiliklər səbəbindən İrəvan,
Zəngəzur, Şuşa və Şamaxıdan 300 min nəfərdən
çox azərbaycanlı yurd-yuvalarından qovulmuşdu.
Hökumət tərəfindən onlara ərzaq,
pul və zəruri istehlak malları verilirdi.
AXC hökumətlərinin sosial sahədə keçirdikləri
tədbirləri təhlil edin və qiymətləndirməyə çalışın.
Mədəni quruculuq tədbirləri. Xalq maarifi
sahəsində ən başlıca vəzifələrdən biri təhsil
sisteminin yenidən qurulması və milli kadrların
hazırlanması idi. Təhsil sisteminin milli
zəmin əsasında yenidən qurulmasında
avqustun 28-də məktəblərin milliləşdirilməsi
haqqında qərarın qəbul edilməsinin
mühüm əhəmiyyəti var idi. İbtidai məktəblərdə