Naxçıvan məsələsində ermənipərəst
mövqeyi 1919-cu ilin mart-iyul aylarında burada
erməni idarəçiliyinin fəaliyyət göstərməsinə
şərait yaratdı. Bu işğal rejimi
AXC-nin güclü diplomatik təzyiqi və yerli
əhalinin qətiyyəti sayəsində ləğv edildi.
1919-cu ilin avqustunda Naxçıvan şəhərində
Səməd bəy Cəmillinskinin başçılığı ilə general-
qubernatorluq fəaliyyətə başladı.
Sizcə, AXC hökuməti tərəfindən Naxçıvan general
qubernatorluğunun yaradılmasının əhəmiyyəti nə
idi?