ərazisində hərbi vəziyyət tətbiq edildi, ilk
dövlət bayrağı qəbul olundu, ümumi hərbi
mükəlləfiyyət tətbiq edildi.
Bütövlükdə AXC-nin mövcud olduğu beş
hökumət kabineti təşkil edilmişdi. Onlardan
ilk üçünə Fətəli xan Xoyski, son ikisinə
isə Nəsib bəy Yusifbəyli başçılıq etmişdir.
AXC-nin ərazisi 114.000 km2 (onun 97.000
km2-i mübahisəsiz ərazi) idi.
AXC hökumətlərinin tək partiyadan təşkil
olunmamasının səbəbini izah edin.
Qarabağ general-qubernatorluğu. Qarabağda
məskunlaşmış erməni əhalisi də Ermənistandan
aldığı yardımın sayəsində
fəallaşmışdı. Onların məqsədi əhalinin əksəriyyətini
müsəlmanların təşkil etməsinə
baxmayaraq, buranı zorla Ermənistana birləşdirmək
idi. Qafqaz İslam Ordusu bu
dövr də bütün səylərini Bakının azad edilməsinə
yönəltdiyindən Qarabağda erməni
quldur dəstələrinin müsəlman əhalisinə
qarşı qırğınları geniş miqyas almışdı.
Bakının azad edilməsindən dərhal sonra
AXC hökuməti Qarabağda sabitliyin yaradılması
və erməni quldur dəstələrinin tərk-silah
edilməsi üçün Qafqaz İslam Ordusunun
bir hissəsini buraya göndərdi. Qarabağda
AXC- nin hakimiyyəti bərqərar oldu. Osmanlı
qoşunlarının Şimali Azərbaycanı tərk
etməsi ilə Ermənistan tərəfindən yardım
alan quldur dəstələri yenidən fəallaşdı. Bu
dəfə onlara qarşı mübarizəni AXC ordusu
aparmalı oldu.
1919-cu ilin yanvarında AXC hökuməti Qarabağın
azərbaycanlı əhalisini erməni quldur
dəstələrinin vəhşiliklərindən qorumaq
üçün Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur
qəzalarını əhatə edən Qarabağda general-qubernatorluq
təsis olunması haqqında
qərar qəbul etdi. Bu vəzifəyə milli azadlıq
hərəkatının görkəmli xadimlərindən biri,
AXC-nin ilk hökumətində hərbi nazir olmuş
Xosrov bəy Sultanov təyin edildi. Ermənistan
hakimiyyətinin Qarabağda bu vəzifənin
təsis edilməsinə və ermənilərin düşməni
adlandırdığı X.Sultanovun bu vəzifəyə təyin
olunmasına etirazı bir nəticə vermədi. Qarabağda
AXC hakimiyyətinə qarşı pozucu