AXC-nin beynəlxalq aləmdə tanınması istiqamətində
mühüm qərar qəbul etdi. Tomsonun bu bəyanatına
baxmayaraq, ingilis komandanlığı
Bakıda yaratdığı general-qubernatorluq vasitəsilə
AXC hökumətinin daxili işlərinə kobud
müdaxilələrə yol verirdi. Parlament və
hökumətin fəaliyyətlərini çətinləşdirən
amillərdən biri burada təmsil olunan partiyaların
arasında kəskin fikir ayrılıqlarının
mövcudluğu idi. Parlamentdə bir neçə
fraksiya və qrup fəaliyyət göstərirdi (“Müsavat”
və bitərəflər, “İttihad”, “Əhrar”, sosialistlər,
“Slavyan-rus” cəmiyyəti və s.). Lakin
buna baxmayaraq, fəaliyyət göstərdiyi
müddət ərzində AXC parlamenti 230-a
yaxın qanun qəbul etdi.
General Tomsonun F.Xoyski hökumətini tanımasının
səbəblərini necə izah edərdiniz?
1918-ci il iyunun 27-də türk (Azərbaycan)
dili dövlət dili elan olundu. 1919-cu ilin
avqustunda “Vətəndaşlıq haqqında” Qanun
qəbul edildi. 1919-cu ilin iyulunda qəbul
edilmiş Müəssislər Məclisinə seçkilər
haqqında əsasnaməyə görə 20 yaşına çatmış
bütün vətəndaşlara seçkilərdə iştirak
etmək hüququ verilirdi. Lakin 1920-ci ilin
aprelində ölkənin sovet Rusiyası tərəfindən
işğal edilməsi ilə əlaqədar seçkilərin keçirilməsi
baş tutmadı.
AXC hökuməti – Nazirlər şurası. Ali icra
orqanı funksiyasını hökumət yerinə yetirirdi.
AXC-nin ilk hökuməti Milli Şura qarşısında
məsuliyyət daşısa da, ikinci hökumət Şuranın
qanunverici səlahiyyətlərini də həyata
keçirməli oldu. 1918-ci ilin yayında ölkə