Azərbaycan parlamenti, AXC hökuməti, neft
sənayesi, aqrar islahat, məktəblərin milliləşdirilməsi,
Bakı Dövlət Universiteti
A
zərbaycan Xalq Cümhuriyyəti müsəlman-
türk dünyasında Qərb demokratik
siyasi sisteminə əsaslanan ilk milli dövlət
idi. Dövlət quruculuğu milli siyasi
qüvvələrin fədakar səyləri və əhalinin
yaxından iştirakı ilə baş vermişdi. AXC-nin
hakimiyyət orqanları qarşısında müstəmləkə
əsarəti dövründən yığılıb qalmış, həmçinin
müharibənin ağır nəticələri ilə bağlı
yaranmış mürəkkəb problemlərin aradan
qaldırılması kimi vacib vəzifə qoyulmuşdu.
Cümhuriyyətin bu sahədə həyata keçirdiyi
tədbirlər Azərbaycan tarixində yüzlərlə
“ilk”lərin meydana çıxmasına səbəb oldu.
Dövlət quruculuğu. “İstiqlal Bəyannaməsi”
AXC-nin dövlət quruluşunu parlamentli respublika
kimi təsbit etmişdi. Qanunverici
orqan funksiyasını ilk dövrlərdə Müvəqqəti
Milli Şura yerinə yetirirdi. Milli Şuradakı
mövcud siyasi qüvvələr Azərbaycanın yalnız
müsəlman əhalisini təmsil edirdi. İyunun
17-də fəaliyyətini dayandırmalı olan Milli
Şura hökumətin qarşısında 6 aydan gec olmayaraq
ümumi, birbaşa və gizli səsvermə
əsasında Müəssislər Məclisinin çağırılması
vəzifəsini qoymuşdu. Osmanlı qoşunları Şimali
Azərbaycanı tərk etdikdən sonra Bakıya
gəlişi gözlənilən Antanta qüvvələrinin
AXC-ni tanımaqdan imtina etməsi Azərbaycanın
müstəqilliyini yenidən təhlükə altına
aldı. Belə bir vəziyyətdə ölkənin bütün əha-