Bundan başqa, pambıq, düyü, çay, duz,
qurudulmuş balıq, meyvələr və s. məhsullar
da “qardaşlıq yardımı”nı təşkil edən məhsullar
sırasında idi. Oradan isə Bakıya
silah-sursat, pul və hərbi dəstələr gətirilirdi.
AXC-nin elan olunması öz hakimiyyətlərini
bütün Şimali Azərbaycanda bərqərar
etmək istəyən və rəhbərləri daşnak-bolşevik
olan Bakı Xalq Komissarları Sovetinin
(XKS) planlarını pozdu.
Azərbaycan sərvətlərinin talanması sahəsində çar və
sovet Rusiyasının ümumi cəhətləri hansılardır?
Bakı zəfəri. “Bakısız Azərbaycan – başsız bədəndir!”
ideyasından çıxış edən AXC-nin
siyasi liderləri bu şəhərin düşmən qüvvələrindən
azad olunmasını özlərinin ən başlıca
vəzifələri hesab edirdilər. Buna görə də
hərbi yardım üçün dərhal Osmanlı dövlətinə
müraciət etmək məcburiyyətində
qaldılar. Osmanlı dövləti sovet Rusiyasının
və Almaniyanın bu yardıma qarşı çıxacağını
yəqin etmişdi. Bu səbəbdən Nuru paşanın
komandanlığı altında Şimali Azərbaycana
göndərilən hərbi qüvvə rəsmən Osmanlı
dövlətinin sərəncamında olmayan Qafqaz
İslam Ordusu adlandırıldı. Bakı neftinə tez
bir zamanda yetişmək niyyətində olan
Almaniya gürcü qoşunları ilə birlikdə
Osmanlı dövlətinin Cənubi Qafqazda
irəliləməsinə mane olurdu. 1918-ci ilin
iyununda Borçalıda Osmanlı ordu hissələri
ilə baş verən silahlı toqquşmada alman-
AXC hökumətinin Gəncədə fəaliyyət göstərdiyi
bina (hazırda Azərbaycan Dövlət Aqrar Universiteti
yerləşir)