nəticələndi. Beləliklə, Müsəlman Şərqinin
ilk Respublikası – Azərbaycan Xalq Cümhuriyyəti
yaradıldı. Altı maddədən ibarət
olan “İstiqlal Bəyannaməsi” mühüm tarixi
sənəd idi.
Şimali Azərbaycan xanlıqlar şəklində Rusiya
imperiyasının tərkibinə qatılmışdı. Xalqımız
yüz illik müstəmləkə əsarətinə, ruslaşdırma
və xristianlaşdırma siyasətinə məruz
qalmasına baxmayaraq, öz milli varlığını,
dilini və dinini qorumağı bacarmış, bütövləşmişdi.
Ona görə də Rusiya imperiyası
çökərkən onun dağıntıları içərisindən
Azərbaycanın şimal torpaqları cümhuriyyət
şəklində ayrıldı. “İstiqlal Bəyannaməsi”
Azərbaycanın azadlığı uğrunda mübarizə
aparan ziyalılarımızın demokratik düşüncə
tərzini və baxışlarını özündə əks etdirən, bu
baxımdan onun digər müsəlman ölkələrindən
fərqli olduğunu göstərən mühüm
siyasi akt idi.
1918-ci il iyunun 4-də müstəqil dövlətin
tarixində ilk dəfə AXC hökumətinin
Osman lı dövləti ilə Batumda imzaladığı
müqavilədə hər iki dövlət arasında daimi
sülh və möhkəm dostluğun yaradılacağı
əks olunurdu. AXC bu müqavilələri imzalamaqla
Osmanlı dövləti ilə, əslində, müttəfiqlik
münasibətləri qururdu. Bu müqavilə
ilə Osmanlı dövləti AXC-ni rəsmən tanıyan
ilk dövlət oldu.
Müqavilənin 4-cü maddəsinə əsasən
zərurət yaranardısa, Osmanlı dövləti AXC-yə
hərbi yardım göstərməli idi.
Batum müqaviləsini 2021-ci ildə imzalanmış
“Şuşa bəyannaməsi” ilə müqayisə edin.
Əvvəlcə Tiflisdə fəaliyyət göstərmək məcburiyyətində
qalmış AXC hökuməti iyunun
ortalarında Gəncə şəhərinə köçmək qərarına
gəldi.
AXC hökuməti və Milli Şura iyunun 16-da
Gəncəyə köçdü. Mühafizəkar-ilhaqçı qüvvələr
AXC-nin siyasi təsisatlarının demokratik
və liberal ideyalar əsasında qurulmasından
narahat idilər və ona qarşı çıxırdılar.
AXC-nin elan olunmasından sonra ilk siyasi
böhran – “İyun böhranı” baş verdi. Osmanlı
dövlətinin hərbi yardımının Azərbaycan
üçün həyati əhəmiyyət kəsb etdiyini dərk