Seym də sovet Rusiyasını tanımır, tezliklə
bolşeviklərin devriləcəyini və demokratik
Rusiya yaradılacağına ümid bəsləyirdi.
Cənubi Qafqazda yerli qanunverici orqanın
yaradılmasının səbəbini izah edin.
1918-ci ilin fevral ayında fəaliyyətə başlayan
Seym öz hökumətini də yaratdı. Seymdə
üç əsas fraksiya – müsəlman (Azərbaycan),
gürcü və erməni fraksiyaları var idi.
44 nə fərlik müsəlman fraksiyasına
M.Ə.Rəsulzadə rəhbərlik edirdi. Bu fraksiya
müharibənin bitməsinə, sülhə tərəfdar çıxır
və tezliklə Azərbaycanda milli ərazi muxtariyyətinin
yaradılmasını istəyirdi.
1918-ci ilin martın 3-də Almaniya və onun
müttəfiqləri sovet Rusiyası ilə Brest-Litovsk sülhünü
imzaladı. Həmin sülhün Cənubi