Rusiyadan gətirilmiş iki təyyarədən atılan
bombalarla dəhşətli dağıntılara məruz
qaldı. Lakin dinc müsəlman əhalisi arasında
itkilərin artması daha çox erməni talançı
qruplarının fəaliyyəti ilə bağlı idi.
Bolşeviklər nə üçün Bakıya böyük əhəmiyyət
verirdilər? Bunun iqtisadi və siyasi tərəflərini
araşdırın.
Sonralar AXC-nin bu hadisələrlə əlaqədar
yaratdığı Fövqəladə Təhqiqat Komissiyası
erməni-bolşevik qüvvələri tərəfindən
Bakıda 12 min nəfər müsəlmanın qətlə yetirildiyini
müəyyən etdi. Müsəlmanlara divan
tutan erməni quldur dəstələrinin fəaliyyətinə,
əsasən, erməni ziyalıları və din xadimləri
başçılıq edirdi. Şəhəri tərk etməyə macal
tapmayan dinc əhalinin qorunmasını
zəruri səviyyədə təmin edə bilmədiklərinə,
silahlanma və say etibarilə üstün olan düşmənə
qarşı mütəşəkkil fəaliyyətin mümkün
olmadığına görə müsəlmanların müdafiə
dəstələri sovet qoşunları ilə mübarizədə
geri çəkilməyə məcbur oldu. Martın 31-də
şəhərin müsəlman əhalisi Bakı Sovetinin silahlı
qüvvələrinə müqaviməti dayandırdı.
Aprelin 1-də azərbaycanlı partiya və cəmiyyətlərin
nümayəndələri Bakı Sovetinin
tələblərini qəbul etməyə məcbur oldular.
Lakin buna baxmayaraq, erməni quldurlarının
müsəlmanlara qarşı zorakılıqları aprelin
2-də də davam etdi.
Bakının müsəlman əhalisi tamamilə müdafiəsiz
qalmamışdı. Şəhərdə yaradılan özünümüdafiə
dəstələri qüvvələrini birləşdirib
erməni quldurlarına layiqli cavab verirdilər.
Təsadüfi deyil ki, erməni birləşmələri Bakıda
geniş miqyaslı soyqırımı törətsələr də,
bir sıra ətraf kəndlərə girə bilməmişdilər.
Sizcə, 1918-ci ilin mart-aprel aylarında xalqımıza,
dinc əhaliyə qarşı törədilən qırğınların
qarşısını almaq üçün nələr çatışmırdı?
Şəhərdə müsəlmanlara qarşı həyata keçirilən
qırğınlara etirazını bildirən rus alayının
əsgərlərinin və komandanlığının, Xəzər
Hərbi Dəniz Donanmasının rus matroslarının
qırğınların dərhal dayandırılması