Bu hadisə ilə bağlı riyakar təbliğat aparan
Bakı Sovetinin rəhbərləri Azərbaycanın xristian
əhalisində müsəlmanların niyyəti ilə
bağlı yanlış təsəvvür formalaşdırmağa çalışırdılar.
Münaqişənin aradan qaldırılmasında
Azərbaycanın siyasi xadimlərindən
F.Xoyski, X.Xasməmmədov, Ş.Rüstəmbəyov
və başqaları mühüm rol oynamış, həkim
Rəfibəyov isə hətta yaralı rus əsgərlərinin
müalicəsini təşkil etmişdi. Bu
hadisədən sonra Bakıya gəlmiş rus əsgərlərinin
Şəmkirdə baş vermiş hadisələr
haqqında verdikləri məlumatlar Bakı Sovetinin
müsəlman əhali ilə bağlı məkrli niyyətini
həyata keçirmək üçün apardığı anti-
Azərbaycan təbliğatına böyük zərbə vurdu.
Bakı Sovetinin anti-Azərbaycan qüvvələri –
menşeviklər, eserlər, kadetlər Bakıda tam
hakimiyyətə sahib olmağa can atan bolşevikləri
Azərbaycan milli qüvvələrinə qarşı
mübarizədə müdafiə edirdilər. 1918-ci il
martın ortalarına kimi kiçik silahlı qüvvəyə
malik olan bolşeviklər əlavə hərbi qüvvəyə
ehtiyac duyurdular. Bu məqsədlə bolşeviklərlə
daşnaklar arasında Azərbaycan milli
hərəkatının əsas qüvvəsi olan “Müsavat”a
qarşı hərbi-siyasi ittifaq bağlandı.
Bakı Azərbaycanın iqtisadi inkişafında əvəzedilməz,
tükənməz mənbə hesab edilirdi.
Bu şəhər həm də Azərbaycan milli hərəkatının mərkəzi, bolşeviklərin isə öz
hakimiyyətlərini
Cənubi Qafqazda yaymaq üçün
mühüm dayaq nöqtəsi idi. Mart hadisələri
ərəfəsində burada azərbaycanlıların iri
silahlı birləşmələri mövcud deyildi. Milli
hərbi hissələrin qəzalardan Bakıya gətiril
məsi də nəzərdə tutulmamışdı. 1918-ci ilin
fevralında 1-ci Müsəlman Atıcı Alayının yaradılması məqsədilə bura gəlmiş gene
ral-mayor
Xəlil bəy Talışinskinin rəhbərlik
etdiyi zabitlər qrupunun sovetin qüvvələri
tərəfindən həbs edilməsi şəhərin müsəlman
əhalisinin kəskin etirazı ilə nəticələndi.
Sonra zabitlər azad edilsələr
də, müsəlman hərbi hissələrinin
yaradılması işi xeyli çətinliklərlə
üzləşdi. Şəhərin erməni əhalisi
isə hadisələr ərəfəsində xeyli silah-sursat
əldə etməyə müvəffəq oldu.
Bakıda mart soyqırımı.
Erməni-bolşevik qüvvələri Bakı
şəhərində müsəlman əhali-