məyə çalışırdılar. Bu partiyalar müsəlmanların
yerli özünüidarə orqanlarında əhalinin
sayına mütənasib qaydada iştirakının əleyhinə
idi. Bakı Ərzaq Komitəsinə keçirilən
seçkilərdə Azərbaycanın milli siyasi qüvvələrinin
qazandığı qələbələr sosialistləri
ciddi narahat etməyə başlamışdı.
Sosialist partiyalar azərbaycanlıları siyasi proseslərdən
kənarda saxlamaqla nəyə nail olmaq istəyirdilər?
Tiflisdə
Bakıda
Müvəqqəti hökumət
Xüsusi Cənubi
Qafqaz Komitəsi
İctimai Təşkilatların İcraiyyə
Komitəsi
İnqilabdan sonra Rusiyanın bir çox şəhərlərində
olduğu kimi, Bakı və Yelizavetpolda
da yerli hakimiyyət orqanları ilə yanaşı, ictimai
təşkilatları və siyasi partiyaları özündə
birləşdirən milli şuralar və komitələr yaranmağa
başlamışdı.