VI FƏSİL. MÜSƏLMAN ŞƏRQİNİN İLK RESPUBLİKASI –
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ
13
İkinci rus inqilabı və onun
Şimali Azərbaycana təsiri
Fevral burjua inqilabı, Müvəqqəti hökumət,
Xüsusi Cənubi Qafqaz Komitəsi, İTİK, ərazi
muxtariyyəti, Oktyabr çevrilişi
B
irinci dünya müharibəsi Rusiya imperiyasının
xeyli zəifləməsinə səbəb oldu.
Hakimiyyəti bacarıqsızlıqda ittiham edən
siyasi müxalifətin hakimiyyət uğrunda
mübarizəsi sonda uğurla nəticələndi. Lakin
yeni siyasi qüvvələr də imperiyanın güclənməsinə
nail ola bilmədi. Əsarət altına aldığı
xalqların, o cümlədən azərbaycanlıların
milli azadlıq mübarizəsinin genişlənməsi
imperiyanın dağılmasını sürətləndirdi.
II Rus inqilabı və Şimali Azərbaycan. Petroqradda
1917-ci ilin fevralında baş vermiş
inqilab haqqında xəbər Bakıya martın 2-də
çatdı. Azərbaycan cəmiyyətinin bütün
təbəqələri bu hadisəni, xüsusilə hökumətin
siyasi məhbuslara amnistiya verməsini
böyük sevinclə qarşıladı. Azərbaycanın
görkəmli siyasi xadimi Məhəmməd Əmin
Rəsulzadə yazırdı: “1917-ci il inqilabı məhkum
siniflərə hürriyyət, məhkum millətlərə
də muxtariyyət verəcəkdi”.
Müvəqqəti hökumət Rusiyada yaşayan
bütün vətəndaşların dini və milli zəmində
ayrı-seçkiliyini qadağan edən Bəyannaməsini
elan etdi.
1917-ci ilin martında Müvəqqəti hökumətin
qərarı ilə Qafqaz Canişinliyini əvəz etmək
üçün Xüsusi Cənubi Qafqaz Komitəsi
(XCQK) yaradıldı. Bu qurumda Azərbaycanı
təmsil edən Məmməd Yusif Cəfərov idi.
İnqilabi proseslərin sürətli gedişi dövründə
bölgədə gerçək siyasi hakimiyyətin yaradılması
üçün XCQK-nın səyləri səmərəli
deyildi. Siyasi partiyalar, milli şuralar və
ictimai təşkilatlar əksər hallarda yerli problemlərin
həllini öz üzərlərinə götürürdü.
Mühüm sənaye mərkəzlərində yaradılmış
Fəhlə Deputatları Sovetlərinin güclənmələri
isə, əslində, bütün Rusiyada olduğu kimi,
bölgədə də ikihakimiyyətliliyə səbəb olmuşdu.
Rusiyada baş verən Fevral inqilabının Azərbaycanda
müsbət qarşılanmasının səbəblərini
müəyyən edin.
Martın 4-də İctimai Təşkilatların İcraiyyə
Komitəsi (İTİK) yaradıldı. Komitə Müvəqqəti
hökumətin Bakıda yerli nümayəndəliyinə
çevrildi.
Şəhər əhalisinin əksəriyyətinin azərbaycanlılardan
ibarət olmasına baxmayaraq, komitəyə
qeyri-azərbaycanlılar rəhbərlik edirdilər.
İcraiyyə Komitəsinə azərbaycanlı
əhalinin təmsilçilərindən M.H.Hacınski və
M.Ə.Rəsulzadə də daxil idi. İcraiyyə Komitəsi
Bakı sənaye rayonunda 8 saatlıq iş
günü, sahibkarlar və fəhlələr arasında barışıq
komissiyalarının yaradılması haqqında
qərarlar qəbul etdi.
Martın əvvəllərində yenidən fəaliyyətini
bərpa etmiş Bakı Fəhlə Deputatları Sovetinin