Bu dövrdə Qafur Rəşad Mirzəzadənin
“Qafqaz coğrafiyasına dair” kitabı nəşr
olunmuşdu. Tanınmış mütəfəkkirlər Əli bəy
Hüseynzadə dünya ədəbiyyatının, fəlsəfə
və müxtəlif dillərin bilicisi idi.
XX əsrin əvvəlləri ədəbiyyatşünaslıq elminin
“Azərbaycan ədəbiyyatı tarixi” adlı yeni
sahəsi yarandı. Onun əsasını görkəmli alim
Firidun bəy Köçərli qoymuşdur.
Mətbuat. XIX əsrin ikinci yarısında Şimali
Azərbaycanın mədəni həyatının ən mühüm
hadisəsi milli mətbuatın yaranması idi. Bu
yolda böyük zəhmət çəkən Həsən bəy Zərdabi
1875-ci il iyulun 22-də Azərbaycanda
milli mətbuatın təməl daşını qoyan “Əkinçi”
qəzetinin ilk nömrəsini çap etdirmişdir. Bu
qəzet Şərq dünyasında Avropa üsulunda
dərc olunan ilk mətbuat orqanlarından biri
idi. 1875–1877-ci illərdə işıq üzü görən
“Əkinçi” milli mətbuatın təməl prinsiplərini
müəyyən etdi. Xalqı maarifləndirmək, məktəblərdə
yeni təlim və tərbiyə üsullarının
tətbiq edilməsinə nail olmaq, milli dilin və
mədəniyyətin inkişafına çalışmaq, demokratik
ideyaları təbliğ etmək qəzetin əsas
məqsədi idi. 1877-ci ildə Rusiyanın Osmanlı
dövləti ilə müharibəyə başlamasından sonra
qəzetdə siyasi məsələlərə toxunulmasından
qorxan çar hökuməti onun bağlanması
barəsində fərman verdi. “Əkinçi”nin nəşri
dayandırılsa da, əsasını qoyduğu ideyalar
davam etdirildi. 1879-cu ildə “Ziya” adlı
həftəlik qəzet nəşrə başladı. Bir il sonra bu
qəzet “Ziyayi-Qafqaziyyə” adı altında çıxırdı.
Tiflisdə nəşr olunan qəzetin redaktoru Səid
Əfəndi Ünsizadə idi. Onun qardaşı Cəlal Ünsizadə
1883-cü ildə “Kəşkül” qəzetini nəşr
etməyə başladı. “Kəşkül” “Əkinçi”nin müəyyənləşdirdiyi
istiqaməti davam etdirdi.
Hansı anlayış ilk dəfə “Kəşkül” qəzetində
ifadə olunmuşdur?
XX əsrin əvvəllərindən Azərbaycan mətbuatının
yeni dövrü başladı. 1903-cü ildən
M.Şahtaxtinskinin redaktəsi altında nəşr
edilən “Şərqi-Rus” qəzeti tez bir zamanda
geniş oxucu kütləsi qazandı. 1905–1907-ci illər
inqilabı dövründə milli burjuaziyanın
(H.Z.Tağıyev, M.Muxtarov) və görkəmli ziyalıların
(Ə.Hüseynzadə, Ə.Ağayev,