XIX əsrin ikinci yarısı Azərbaycanın mədəniyyət
tarixində yeni ziyalı nəslinin meydana
gəlməsi ilə əlamətdardır. Avropanın
və Rusiyanın ali məktəblərini bitirmiş bu
gənclər xalqın maariflənməsi, milli məktəblərin
təkmilləşdirilməsi, yeni tipli dünyəvi
təhsil müəssisələrinin yaradılması üçün böyük
fədakarlıq göstərirdilər. Onların arasında
Həsən bəy Zərdabi, Ağa bəy Yadigarov,
Əlimərdan bəy Topçubaşov, Səməd
bəy Mehmandarov, Əliağa Şıxlinski və digər
görkəmli şəxslər Azərbaycan tarixinin
sonrakı dövrlərində də həqiqi ziyalı və
vətənpərvər olduqlarını göstərdilər.
Bu dövrün ziyalılarının bir çoxunun zadəgan
nəslindən olmasının səbəblərini izah edin.
Fikrinizi əsaslandırın.