M.F.Axundzadə, H.Zərdabi, təhsil, elm, ibtidai
məktəb, qəza məktəbləri, rus-Azərbaycan
məktəbi, milli mətbuat, xalq məktəbləri
Ş
imali Azərbaycanın Rusiya tərəfindən
işğal edilməsi, xalqın iki dövlət arasında
bölünməsi, digər sahələrdə olduğu kimi,
mədəniyyətə də öz təsirini göstərdi. Rusiya
müstəmləkə siyasətinə uyğun olaraq,
Azərbaycanda elm və təhsilin səviyyəsinin
yüksəlməsini istəmir, müxtəlif bəhanələrlə
mədəni inkişafı ləngitməyə çalışırdı. Buna
baxmayaraq, XIX əsrin ikinci yarısında
mədəniyyətin bütün sahələrində irəliləyiş
və yeniliklər baş verdi. Maarifpərvər,
vətənpərvər ziyalıların fəaliyyəti nəticəsində
Azərbaycanda təhsil, elm və incəsənət
sahələrində mühüm nailiyyətlər əldə edildi.
Təhsil. Şimali Azərbaycan Rusiya tərəfindən
işğal edildikdən sonra çar hökuməti ölkədə
öz iqtisadi və siyasi maraqlarına cavab
verən təhsil sistemi yaratmağa başladı. Bu
hökumətin məktəb siyasətinin əsasında
irticaçı “pravoslavlıq, mütləqiyyət və xalqçılıq”
prinsipi dayanırdı. Ruslaşdırma siyasətinin
tərkib hissəsi olan təhsil sahəsində çar
hökumətinin əsas məqsədi imperiyaya
sədaqətli, rus əqidəli məmurlar hazırlamaq
idi. Cənubi Qafqaz məktəbləri haqqında
1829-cu ildə verilən Əsasnamə ilə ibtidai
dövlət məktəblərinin yaradılmasına başlandı.
Əsasnaməyə uyğun olaraq, 1830-cu ildə
Şuşada ilk qəza məktəbi yaradıldı. Beləliklə,
imperiya məqsədlərinə xidmət etsə də,