fuz qazanmağa çalışan iri dövlətlər bir-biri
ilə açıq və gizli mübarizə aparırdı.
1912-ci ildə Təbrizdə alman kapitalına məxsus
xalça şirkəti açılmışdı. Böyük həcmdə
kapitala malik olan şirkətin yaratdığı fabrik
yun əyirmək və rəngləmək, xalça toxumaq
üçün müasir avadanlıqlarla təchiz olunmuşdu.
Burada istehsal edilən yüksək keyfiyyətli
xalçalar Avropa dövlətlərinə və
ABŞ-yə ixrac olunur, yaxşı qiymətə satılırdı.
Müharibənin əvvəlində özünü bitərəf elan
etməsinə baxmayaraq, İranın, xüsusən də
Cənubi Azərbaycanın ərazisi dünyanı yenidən
bölüşdürməyə çalışan ölkələrin hərbi
əməliyyatlar meydanına çevrilmişdi.
1914-cü ilin axırlarında Mosuldan Urmiya,
Xoy, Soucbulaq istiqamətində hərəkət edən
türk qoşunları Cənubi Azərbaycanın çox
hissəsini tutdu. Osmanlı hərbi hissələri ilə
Cənubi Azərbaycan ərazisindəki rus qoşun
dəstələri arasında toqquşma baş verdi. Bununla
da İranın şimal-qərb hissəsində yeni
cəbhə açıldı. Türk hərbi komandanlığı Cənubi
Azərbaycanda öz mövqeyini möhkəmləndirməyə
çalışırdı. Lakin türk qoşunlarının
1915-ci ilin yanvarında Sarıqamış altında rus
ordusu tərəfindən məğlub edilməsi İranda
və Qafqazda möhkəmlənmək istəyən alman-
türk blokunun planını pozdu. Məğlub
olan türk ordusu geri çəkildi.
Rus ordusunun Təbrizə daxil olması əhalinin
vəziyyətini ağırlaşdırdı. Zorakılıq meydanına
çevrilən, sosial-iqtisadi çətinliklər qarşısında
qalan, aclığa düçar olan yerli
əhalinin 15%-i həlak oldu. Bu zaman xalq