məhəbbətlə “Sərdari- milli”, onun yaxın
köməkçisi Bağırxanı “Salari- milli” adlandırırdı.
Üsyançılar Təbrizi əks-inqilabçılardan
təmizlədilər. Şəhərdə qayda-qanun yaradıldı,
xalqın nifrət etdiyi şah məmurları, o
cümlədən vali qovuldu. İran inqilabçılarına
gizli yolla göstərilən köməyin artmasının bir
səbəbi də şah hökumətinin xaricdə olan
dövlət məmurlarının bir çoxunun inqilaba
rəğbət bəsləməsi və əncümənlərə üzv yazılması
idi. Belələrinə misal olaraq Yelizavetpol,
Bakı, Aşqabad və Tiflisdəki konsulları
göstərmək olar.
Dünyanın müxtəlif yerlərindən üsyançılara
maddi və mənəvi dəstək gəlirdi. İnqilaba ilk
yardımı qonşu ölkələrə müvəqqəti iş üçün
getmiş Qacarlar dövlətinin təbəələri göstərdilər.
Bunlar başlıca olaraq Qafqaz, Mərkəzi
Asiya və Volqaboyunun sənaye mərkəzlərində,
limanlarında, müxtəlif nəqliyyat işlərində,
eləcə də kənd təsərrüfatı sahəsində
çalışan, böyük əksəriyyəti Cənubi Azərbaycandan
gəlmiş fəhlələrdən ibarət idi.
Başda məşhur xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyev olmaqla, Azərbaycan milli burjuaziyasının
ən görkəmli nümayəndələrinin İran
inqilabçılarına hərtərəfli yardımı xüsusi
qeyd edilməlidir. Həmin dövrdə nəşr olunan
“İrşad”, “Tazə həyat” qəzetləri və “Molla
Nəsrəddin” jurnalı İran inqilabına mənəvi
dəstək olur, Səttarxan, Bağırxan, Hüseynxan
haqqında məqalələr çap edirdilər. Üsyanın
genişlənməsi imperialist dövlətləri,
xüsusilə Rusiya və İngiltərəni narahat edirdi.
Fədailəri tərk-silah etmək məqsədilə Səttarxan
və Bağırxan 1910-cu ilin mart ayında
Tehranın rəsmi dairələri tərəfindən paytaxta
dəvət olundu. Şaha inanan və artıq
qan tökülməsinə yol vermək istəməyən
Səttarxan dəvəti qəbul edib Tehrana gəldi.
Əldə olunan razılığa baxmayaraq, onun
adamlarına xəyanətkarcasına hücum edildi.
Ağır yaralanan Səttarxana geri qayıtmağa
icazə verilmədi. Bu xəyanət Azərbaycan
xalqının dərin hiddətinə səbəb oldu, lakin
çar Rusiyasının Cənubi Azərbaycanda olan
qoşunları əhalinin fəal çıxışına imkan vermədi.
Xarici təbəələri qorumaq bəhanəsi ilə
əks-inqilabi qüvvələr Təbriz üzərinə hücuma
başladılar. Təbrizdə şiddətli vuruşmalar dekabrın
əvvəllərinədək davam etdi. Üsyan
qan içində boğuldu. Beləliklə, 1905–1911-ci illər
Məşrutə inqilabının ən gərgin anlarında