Cənubi Azərbaycanın ticarət burjuaziyası,
sənətkarlar, ruhanilər, digər təbəqələrin
nümayəndələri nəinki iştirak edirdilər, həm
də aparıcı rol oynayırdılar.
Tənbəki üsyanı ilə Zaqatala üsyanının oxşar və
fərqli cəhətlərini tapın.
Bu dövrdə Cənubi Azərbaycanda mövcud
olan ən əsas problemlərdən biri iri feodalların,
xüsusilə də iri ruhanilərin taxıl möhtəkirliyi
ilə məşğul olması idi. Ərzaq məhsullarının
qıtlığı və bahalığı xalqın səbir
kasasını doldurmuşdu. 1898-ci ildə Təbrizdə
buna qarşı çıxışlar baş qaldırdı. Üsyana
Zeynəb paşa adlı bir qadın başçılıq edirdi.
Üsyançılar ərzaq anbarlarını dağıdaraq
kasıblara taxıl paylayırdılar. Bu çıxışdan
qorxuya düşən möhtəkirlər anbarlarını açıb
ərzaq məhsullarını ucuz qiymətə əhaliyə
satmağa məcbur oldular.
Zeynəb paşa haqqında esse yazın.
“Mən artıq bir neçə dəfədir, İmperator
Nazirliyini Bab adında müsəlman təriqətçisi
barədə məlumatlandırmışam. Bu fanatik
Persiyanın (İranın) müxtəlif əyalətlərində
çaxnaşmalar yaratdığına və mənim tələbimə
görə rus sərhədindən uzaqlaşdırılması nəticəsində
indi Urmiyanın yaxınlığında ciddi
nəzarət altında saxlanılır. O özünü 12 imamın
naibi (müavini) kimi qələmə verir. Onun ziyanlı
doktrinaları özünə çoxlu tərəfdar tapıb
və üç gündür ki, bu sonuncular hücum edərək
orada 100-ə yaxın adam öldürüblər. Onların
arasında bu vilayətin Mustafa adında sərkərdəsi
də var idi. Mazandaranın hal-hazırda
Tehranda olan nüfuzlu zadəganları arasında
baş tutan bir neçə müşavirədən sonra qərara
alındı ki, usanmaq bilməyən bu qiyamçılara
qarşı hərbi qüvvə tətbiq edilsin. Şahzadə
Məlik Qasıma isə ictimai asayişi təlatümə gətirən
bu üsyançıların başçılarına qarşı ikiqat
diqqətli olmaq barədə əmr göndərilib”.
Tehrandakı rus elçisi Dolqorukovun Babilər
üsyanı barədə Rusiya Xarici İşlər Nazirliyinə
məlumatı