sahələrinə böyük ziyan dəydi. Belə ki xarici
sənaye mallarının ölkəyə geniş miqdarda və
maneəsiz axını ilə bağlı buradakı bir sıra
emalatxana və sexlər rəqabətə davam
gətirməyərək öz fəaliyyətlərini dayandırmalı
oldu.
Əsrin sonlarına qədər Azərbaycan şəhərlərində
emalatxana quruluşu hələ də qalırdı.
Emalatxanalarda, adətən, 3-4 sənətkar
işləyirdi.
XIX əsrin sonlarında Cənubi Azərbaycanın
təsərrüfat həyatında yeniliklər nəzərə
çarpmağa başladı. Bunun da bir sıra səbəbləri
var idi. İlk növbədə, xarici kapitalın
sürətli axını Cənubi Azərbaycanda təsərrüfatın
inkişafına müəyyən təsir göstərirdi.
Burada iqtisadiyyat müstəmləkə və asılı
ölkələrə xas bir sıra xüsusiyyətlər kəsb
edirdi. İran və onun bir hissəsi olan Azərbaycan
İngiltərə və Rusiyanın sənaye
mallarının satış bazarına, həm də xammal
bazasına çevrilmişdi. Xarici bazarda, o
cümlədən Rusiyada pambıq, boyaq maddələri,
yun, gön-dəri kimi məhsullara,
həmçinin ayrı-ayrı sənətkarlıq mallarına
tələbatın artması qeyd edilən sahələrin
inkişafına təkan verdi.
Cənubi Azərbaycan iqtisadiyyatı nəyə görə
daha çox Rusiyadan asılı idi?
XIX əsrin son rübündə əsas sənətkarlıq
sahəsi xalçaçılıq idi. Xalça istehsalı sənayedə
kapitalist münasibətlərinin inkişaf
etdiyi əsas sahə idi. Təbriz, Marağa, Xalxal
və bəzi şəhərlərdə istehsal edilən yun və
ipək yaylıqlar, şal, yun, ipək, pambıq parçalar
həm yerli əhalinin, həm də İranın başqa
əyalətlərinin tələbatını ödəyir və xaricə ixrac
olunurdu.