Qapıpulu, ilati, vəliəhdneşin, Zeynəb paşa,
siyasi idarəetmə, Tahirə-Zərrintac
T
ürkmənçay müqaviləsi nəticəsində
Azərbaycan torpaqları iki yerə bölündü.
Bundan sonra Qacarlar dövlətinin mühüm
hissəsi olan Cənubi Azərbaycanın sosialiqtisadi,
siyasi vəziyyəti fərqlənməyə və
özünəməxsus şəkildə inkişaf etməyə
başladı.
Cənubi Azərbaycanın idarə olunması.
XIX əsrdə Cənubi Azərbaycan Qacarlar
dövlətinin dörd əyalətindən biri idi. İlk
vaxtlar Qacarlar dövləti bəzi nüfuzlu xanların
hakimiyyətini tanımaqla onları ayrı-ayrı
xanlıqların hakimi təyin etdi və daxili
müstəqilliklərini qəbul etməli oldu. Dövlət
onların daxili işlərinə qarışmır, yalnız vergi
və xüsusilə də silahlı qüvvə tələb edirdi.
Qacarlar dövründə ordunun əsas hissəsi
məhz Cənubi Azərbaycandan toplanan
qüvvələrdən ibarət idi.
Maku, Urmiya kimi xanlıqlar istisna edilməklə
qalanları tədricən ləğv olunaraq
vilayətlərə çevrildi. Əyalətdə vali vəzifəsindən
tutmuş vilayət hakimlərinə qədər
şəxslər mərkəzdən göndərildiyindən yerli
feodallar Qacarlardan narazı qalırdılar.
Fətəli şahın (1797–1834) vaxtından Cənubi
Azərbaycan vəliəhdin əyləşdiyi yer hesab
edilmişdir. Səltənət evi adlandırılan Təbrizdə
isə Qacarların rəsmi vəliəhdləri otururdu.
Bu da Azərbaycanın, xüsusilə Təbriz şəhərinin
Təbriz valisi Əbdülməcid Mirzə Qacar
siyasi əhəmiyyətini göstərirdi. Vəliəhd
burada oturduğu və Təbriz, bir növ, ikinci
paytaxt olduğu üçün xarici diplomatik
nümayəndələrin iqamətgahları da burada
yerləşirdi.
Əyalətin idarəsi rəsmən vəliəhdin ixtiyarında
olsa da, əslində, onu şahzadələrdən
seçilən vali idarə edirdi. Əsasən, şahın və
yaxınlarının qohumlarından təyin olunan
rəsmi şəxslər vəzifələrinə gəlir mənbəyi
kimi baxaraq xalqı soyurdular.