Süvari qoşunları generalı və Rusiya İmperator
Ordusunda çarın yeganə müsəlman
yavəri (general-adyutant) olmuş Hüseyn
xan Naxçıvanski müharibənin ilk günlərindən
Əlahiddə Süvari Korpusuna komandanlıq
etmişdir.
General H.Naxçıvanskinin Müvəqqəti hökumətə
xidmət etməməsini dəyərləndirməyə çalışın.
H.Naxçıvanskinin başçılıq etdiyi Süvari Korpusu
1915-ci ildə Visla çayı sahillərində alman
qoşunlarını məğlub etdi. Rusiya imperatorunun
yavəri təyin olunduqdan sonra
general Naxçıvanski həm də imperatorun
özünə sadiq qüvvələrdən yaratdığı Qvardiya
Süvari Korpusuna komandan təyin
edilmiş, Qərb və Cənub-qərb cəbhələrində
gedən döyüşlərdə fərqlənmişdir. Şəxsi şücaəti
ilə fərqlənən general döyüşlərin birində
yaralanmışdı.