müsəlman xalqlarına etimadsızlığı artdı.
Buna görə də səfərbərliyə alınan müsəlmanlardan
yalnız Qərb cəbhəsində Almaniya
və Avstriya- Macarıstana qarşı döyüşlərdə
istifadə edilməsinə qərar verildi.
Rusiyada müsəlmanların orduya səfərbərlikdən
azad edilməsi qaydasının müharibə dövründə
aradan qaldırılmasının səbəblərini izah edin.
Milli burjuaziya nümayəndələri alayın maliyyələşdirilməsində
fəal iştirak edirdilər.
Alay Yelizavetpol quberniyası və Tiflis quberniyasının
Borçalı qəzasının könüllülərindən
təşkil olunmuşdu. Cəbhəyə yola
düşərkən Azərbaycan dilində “Andlı öhdəlik”
qəbul edən və ona axıra qədər sadiq
qalan alayda müharibə dövründə, bir dəfə
də olsun, fərarilik halı baş vermədi.