Osmanlı dövləti də Qafqazda Rusiya əleyhinə
çıxışların təşkil edilməsi üçün hələ müharibə
ərəfəsində bölgəyə xüsusi qruplar
göndərmişdi. 1918-ci ilin yazına kimi hərbi
əməliyyatlardan kənarda qalan Şimali
Azərbaycan sonradan Osmanlı, Almaniya,
Rusiya və Böyük Britaniya dövlətlərinin
rəqabət meydanına çevrildi.
Müharibə illərində Cənubi Qafqazda müsəlmanların
Rusiya əleyhinə güclü çıxışlarının baş
verməməsinin səbəblərini araşdırın.