Milli qırğın, həmrəylik hərəkatı, dini ayrı-seçkilik,
milli partiyalar
P
eterburqda 1905-ci il yanvar ayının 9-da
baş vermiş “Qanlı bazar günü”nün əkssədası
Azərbaycana da gəlib çatdı. Bakıda
və digər bölgələrdə həmrəylik əlaməti olaraq
nümayiş və tətillər keçirilməyə başlandı.
Hökumət oyanmış inqilabi hərəkatı
yatırmaqda çətinlik çəkir, buna görə də
müəyyən tədbirlər görməyə tələsirdi. Narahat
olan çar hökuməti Azərbaycanda milli
qırğın siyasəti aparmaq qərarına gəldi.
Milli qırğının başlanması. Bakı hadisələri.
Milli zəmində baş verəcək münaqişələrin
əsasını çar hökuməti hələ XIX əsrin əvvəllərində
qoymuşdu.
Ayrı-ayrı illərdə Azərbaycana kütləvi şəkildə
erməni, rus, alman ailələri köçürülmüş, yerli
kəndlilərin bərəkətli torpaqlarında yerləşdirilmiş,
onlara müəyyən imtiyazlar verilmişdi.
Yerli əhali ilə müqayisədə bu ailələrə qarşı
əksər hallarda milli, dini ayrı-seçkilik edilir
və “parçala, hökmranlıq et” siyəsəti yürüdülürdü.
“Parçala, hökmranlıq et” siyasəti daha hansı
dövlətlər tərəfindən həyata keçirilib? Onun əsil
mahiyyəti nədən ibarətdir?
Bakı çoxmillətli sənaye şəhərinə çevrilmişdi.
1905-ci ilin əvvəllərində Bakıda milli qırğın