1906-cı ilin yanvarında Peterburqda Müsəlmanların
II Qurultayı keçirildi. Qurultayda
“Müsəlman İttifaqı” partiyasının proqramı
qəbul edildi, Rusiyada yaşayan türkləri rus
imperiyasına qarşı vahid cəbhədə birləşdirmək
qərara alındı. Həmin ilin avqustunda
Nijni-Novqorodda III Qurultay təşkil
olundu. Burada da Rusiya Müsəlman İttifaqının
Mərkəzi Komitəsinin yaradılması və
Bakıda fəaliyyət göstərməli olduğu barədə
qərar qəbul edildi. Yeni tipli məktəb və təhsil
ocaqlarının açılması istiqamətində işlərin
aparılması qərara alındı.
Rusiya müsəlmanlarının qurultaylarının
fəaliyyətini necə qiymətləndirirsiniz?
Dövlət Dumaları və azərbaycanlı deputatlar.
1905-ci ilin dekabrında çar Dövlət Dumasının
çağırılması haqqında fərman verdi.
Qanuna əsasən Qafqaz müsəlmanlarının
da seçkilərdə müəyyən məhdudiyyətlərlə
iştirak hüququ var idi.
I Dövlət Duması 1906-cı ilin aprel ayında
fəaliyyətə başlasa da, Azərbaycanda seçkilər
may ayında keçirildi. Əlimərdan bəy Topçubaşov,
İsmayıl xan Ziyadxanlı, Əbdürrəhim
bəy Haqverdiyev, Məmmədtağı Əliyev və
Əsədulla bəy Muradxanov xalq tərəfindən
seçildi. Dumada müsəlman fraksiyasına
Ə.Topçubaşov rəhbərlik edirdi. Lakin Dumanın
fəaliyyətindən narazı qalan çar tezliklə
onu buraxdı.
Dumada azərbaycanlı deputatların fəallığı,
xüsusən də Ə.Topçubaşovun fəaliyyəti çar
hökumətini narazı salmışdı. Dumanın buraxılmasından
dərhal sonra o, Vıborq şəhərində
toplaşan bir sıra deputatlarla bərabər
“Vıborq bəyannaməsi”ni imzaladı. Bu
bəyan namə ilə əlaqədar Ə.Topçubaşov və
İ.Ziyadxanlı həbs edildi.
Sizcə, nə üçün çar yeni çağırılmış Dumanın
fəaliyyətindən narazı idi? Müzakirə aparın.
1907-ci ilin fevralında II Duma öz işinə başladı.
Bu Dumaya Fətəli xan Xoyski, Xəlil bəy
Xasməmmədov, Mustafa Mahmudov,
Məhəmməd ağa Şahtaxtinski və Zeynal