“Müsavat” partiyası 1911-ci ildə fəaliyyətə
başladı. Məmmədəli Rəsulzadə, Abbasqulu
Kazımzadə və Tağı Nağıoğlu kimi qabaqcıl
ziyalılar tərəfindən yaradılmışdı. 1912-ci ildə
“Müsavat”ın proqramı çap edildi və tezliklə
Ə.Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyası partiyanın
əsas məramına çevrildi.
“Difai” təşkilatı “İrşad”, “Müsavat” partiyası
isə 1915-ci ildən “Açıq söz” qəzetini dərc etdirməyə
başladı. Bu cür addımların atılması
Azərbaycanın muxtariyyətini, eləcə də
müstəqilliyini arzulamaq, bu istiqamətdə
mübarizə aparmaq əzmini gücləndirirdi.
Çar hökuməti tərəfindən azərbaycanlılara
qarşı qırğın törədilməsi isə milli təəssübkeşlərin
siyasi əqidəsini daha da mətinləşdirdi.
Onların əksəriyyəti çarizmin müstəmləkə
Əli bəy Hüseynzadə
zülmünə qarşı açıq mübarizə aparmaqdan
çəkinmirdi.
Ümum-Rusiya müsəlmanlarının qurultayları.
XX əsrin əvvəllərində baş verən iqtisadi
və siyasi böhran Rusiyada inqilabi hərəkatı
gücləndirdi. Qanlı bazar günü nəinki sadə
rusların, həm də yerlərdə digər xalqların səbir
kasasını doldurdu. İnqilabın güclənməsindən
narahat olan hökumət güzəştlərə
getməyə məcbur qaldı. 1905-ci il oktyabrın
17-də çar “Manifest” imzaladı. “Manifest”ə
görə bütün Rusiyada yaşayan əhaliyə şəxsiyyət
toxunulmazlığı hüququ, fikir, söz, sərbəst
toplaşmaq azadlığı verilirdi.
Azərbaycanlı ziyalılar müsəlmanlara qarşı
mövcud ayrı-seçkilikdən narazı idilər və
onun aradan qaldırılması üçün çar Rusiyasına
xüsusi tələbnamə göndərdilər.
Azərbaycanlı demokratların bu tələbinə imperiyanın
digər müsəlman xalqları da
qoşulmağa çalışdı. Bu məqsədlə 1905-ci ilin
avqustunda Nijni-Novqorod şəhərində
Rusiyanın müxtəlif bölgələrində yaşayan
müsəlmanların iştirakı ilə Ümum-Rusiya
Müsəlmanlarının I Qurultayı keçirildi. Qurultayın
təşkilində fəallıq göstərmiş və
təşəbbüskarlardan biri olan Ə.Topçubaşov
sədr müavini seçildi. Qurultay “Müsəlman
İttifaqı” partiyasının yaradılması haqqında
qərar verdi. Məqsəd Rusiya müsəlmanlarının
fəaliyyətini birləşdirmək, millətlərə bərabər
hüquqlar vermək, onların mədəni və
təhsil səviyyəsini artırmaq idi.