sahibkarlara təqdim edilən tələbnamə hazırladı.
Onların tələbləri, qismən də olsa, yerinə
yetirildi. 1904-cü il dekabrın 13-də
Balaxanı neft mədənlərində başlayan və
tezliklə digər müəssisələri də əhatə edən
daha böyük tətil dekabrın 30-da sahibkarlarla
fəhlələr arasında müştərək müqavilənin
bağlanması ilə bitdi. “Mazut konstitusiyası”
adlanan müqavilədə sahibkarlar
fəhlələrin bütün tələblərini qəbul etdilər.
Mətnə əsasən verilmiş cədvəli tamamlayın.
Fəhlə
tətilləri |
səbəbləri |
nəticələri |
|
|
|
Necə düşünürsünüz, Azərbaycanda baş vermiş fəhlə
hərəkatı nəyi sübut etməyi bacardı və dünya fəhlə
hərəkatına hansı töhfələri verdi?
I Rus inqilabı və Azərbaycan. 1905-ci il yanvarın
9-da Rusiyada baş verən “Qanlı bazar
günü” ilə 1905–1907-ci illəri əhatə edən burjua-
demokratik inqilabı başladı. Onun təsiri
Bakıda da özünü göstərdi. Həmin ilin
yayında ümumi tətil təşkil edildi, Tətil komitəsi
yaradıldı. Lakin tətilçilərə qarşı qoşun
yeridildi, fəal üzvlər həbs olundu.
Milli-demokratik hərəkatı boğmaq üçün
çar hökuməti Azərbaycanda milli qırğın siyasətinə
əl atdı.
Necə düşünürsünüz, çar hökumətinin milli
qırğın siyasətinə əl atması hansı məqsədlərdən
irəli gəlirdi? Fikirlərinizi əsaslandırın.
Payız aylarında Azərbaycanın digər bölgələrində
və müəssisələrində də mütəşəkkil tətillər
keçirilməyə başlandı. Hər yerdə fəhlə
komissiyaları yaradıldı. 1905-ci ilin noyabrında
mədən və zavodlardan seçilmiş fəhlə
nümayəndələri Azərbaycanda inqilabi
hərəkatı idarə etmək üçün Bakı Fəhlə Deputatları
Sovetini (Şurasını) təşkil etdilər.