7


Müstəmləkə əleyhinə çıxışlar. Milli demokratik hərəkat

Zaqatala üsyanı, qaçaq hərəkatı, fəhlə tətilləri, müştərək müqavilə, milli demokratik hərəkat, partiyalar, təşkilatlar

Ş

imali Azərbaycanda XIX əsrin ikinci yarısında həyata keçirilmiş burjua islahatları kapitalist münasibətlərinin inkişafına səbəb oldu. Yeni ictimai qrupların meydana gəlməsi, ali təhsilli ziyalıların sayının artması milli demokratik hərəkatın başlamasına təkan verdi. Bu hərəkat XX əsrin əvvəllərində partiya və təşkilatların yaranması ilə mühüm siyasi əhəmiyyət kəsb etdi.
Zaqatala üsyanı. Çar hökumətinin qərarı ilə Cənubi Qafqazda təhkimçilik, ilk növbədə, Gürcüstanda ləğv olunmağa başladı. Lakin hökumətin qeyri- mütəşəkkil addımları Azərbaycanda fərqli reaksiyalara və ziddiyyətlərə gətirib çıxardı. Belə narazılıqlardan biri 1863-cü ildə Zaqatalada meydana çıxdı. İslahatlara qədər müstəmləkəçilər Car-Balakəndə və Zaqatalada özünəməxsus siyasət aparırdılar. Bu siyasətin məqsədi bölgəni istədikləri kimi idarə etməkdən ibarət idi. Çar hökuməti 1863-cü ildə Gürcüstanda kəndli islahatının keçirilməsi qərarını verdikdən sonra Zaqatala dairəsinin kəndliləri arasında da eyni istiqamətli fəaliyyətin aparılacağını planlaşdırmışdı. Bu məqsədlə bölgəyə gələn hökumət komissiyasının qərarına əsasən ingiloylar və muğallar gəlirlərinin on qatı həcmində birdəfəlik vəsait verməklə keşkəl* sahiblərinin asılılığından azad ola bilərdilər.
*Keşkəl

burada iri torpaq sahibi mənasında işlənir.
Torpaq sahiblərinin əsas gəlir mənbəyinin əllərindən alınmasına yönələn bu qərar carlıların narazılığına səbəb oldu. Çar hökumətinin işğal etdiyi xalqların mənəviyyatına toxunması adi hal idi. Ruslar Zaqatalada xristianlaşdırma siyasəti aparırdılar. Balakəndə kilsə tikdirilməsi 1863-cü ilin iyununda Hacı Murtuzun rəhbərliyi ilə Zaqatala üsyanının başlanmasına bəhanə oldu. Üsyanda, demək olar ki, əhalinin bütün zümrələri iştirak edirdilər. Bu hərəkata kəndlilərlə bərabər, keşkəl sahibləri, ruhanilər, yerli imtiyazlı şəxslər də qoşulmuşdular. Lakin Zaqatala qalasını ələ keçirmək istəyən üsyançılar məğlub oldular.
Üsyanın məğlubolma səbəbləri onun Lokal* xarakter daşıması və qeyri-mütəşəkkilliyi idi.
*Lokal

yerli, müəyyən edilmiş sərhəddən (ərazi, hissə, sahə və s.) kənara çıxmayan
Kəndli hərəkatının xüsusiyyətləri nədən ibarət idi? Nə üçün o, kortəbii xarakter daşıyırdı?
Zaqatala üsyanının başvermə səbəblərini sadalayın.